“Nida”çı 10 il müddətinə azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Etikxeber.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Bayram Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Bayram Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur.

bayramm

Etikxeber.az

Read Previous

Əliyev Hüseynə başsağlığı verdi

Read Next

“Yaxın gələcək göstərəcək ki…” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir