Nigeriya üçüncü oldu, bəs kubokun sahibi hansı ölkə olacaq?

Afrika Millətlər kubokunun bürünc mükafatçısı məlum olub.

Etikxeber.az xəbər verir ki, turnirin üçüncü və dördüncü yer uğrunda mübarizələrində Nigeriya və Tunis millisi üz-üzə gəlib.

Görüş Nigeriya millisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolun müəllifi üçüncü dəqiqədə Odion İghalo olub. Beləliklə, Nigeriya millisi tarixində 8-ci dəfə Afrika Millətlər kubokunun bürünc mükafatçısı olub.

Turnirin final görüşü iyulun 19-da keçiriləcək.

Həmin görüşdə Seneqal və Əlcəzair yığmaları qarşılaşacaq.

Etikxeber.az

Read Previous

“Qarabağ” – “Partizani”: 2-0 – “QARABAĞ” “DANDOLK”LA QARŞILAŞACAQ – YENİLƏNİB – (5)

Read Next

Çempionlar Liqası: 10 komanda növbəti mərhələdə – 10 KOMANDASI İSƏ AVROLİQAYA “YOLLANDI” – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir