Nikaha daxil olmaq istəyən 219 min 256 nəfər tibbi müayinədən keçirilib – NAZİRLİK

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan bu il noyabr ayının sonuna qədər müayinədən 219256 nəfər keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, 2015-ci il iyunun 1-dən bu il noyabrın 30-dək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkarlanıb. Ümumilikdə isə müayinədən keçənlərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən edilib. Müayinələr nəticəsində 9892 nəfərdə talassemiya daşıyıcılığı, 828 nəfərdə sifilis, 147 nəfərdə isə QİÇS aşkarlanıb.

Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinə və məsləhətlərin verilməsi pulsuzdur.

Etikxeber.az

Read Previous

Torpaq sürüşməsi nəticəsində Ağsu dolaylarında çat yarandı – FOTOLAR

Read Next

İslam Həmrəyliyi Oyunları ilə əlaqədar imtahanların vaxtında dəyişiklər ediləcək – ABBASZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir