Nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir-DƏYİŞİKLİK

İkisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

Etikxeber.az xəbər verir ki, bu, bu gün Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər.

Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.

Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.

Etikxeber.az

Read Previous

“Oğul, Mingəçevirdə-hərbi hissədə olanda bizim qabağımıza çay gətirdin…Dedin ki, ana, analar Sizə nə qulluq edim…”-BU SÖZLƏRİ BAKI VƏ SUMQAYITDAN OLAN ŞƏHİD AİLƏLƏRİNİN LƏNKƏRAN, İSTİSU ŞƏHİDLƏRİNİ ZİYARƏT ZAMANI ŞƏHİD ELŞAD ƏLİYEVİN ANASI FLORA ƏLİYEVA ŞƏHİD ZAUR İSMAYILZADƏNİN YAXIN QOHUMU-ANTİTERROR ŞƏHİDİ MİRMUSA HÜSEYNZADƏNİN MƏZARI BAŞINDA DİLƏ GƏTİRDİ – FOTOLAR

Read Next

“Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin strateji əhəmiyyətli prioritetlərindəndir”-BAŞ NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir