9131 nəfərdə talassemiya, 749 nəfərdə sifilis, 133 nəfərdə QİÇS aşkarlandı

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin sentyabr ayının sonuna qədər müayinədən 197554 nəfər keçib.

Səhiyyə Nazirliyi mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, yalnız cari ilin sentyabr ayı ərzində nikaha daxil olmaq istəyən 10990 nəfərlə bağlı tibbi müayinə aparılıb.

1 iyun 2015-ci il – 30 sentyabr 2016-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Müayinədən keçmiş 9131 nəfərdə talassemiya daşıyıcılığı, 749 nəfərdə sifilis, 133 nəfərdə isə QİÇS aşkar olunub.

Etikxeber.az

 

 

Read Previous

Azərbaycan nefti 50 dollardan baha satılır

Read Next

Çovdarovun məhkəməsində həyat yoldaşı və oğlu da ifadə verəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir