Maduro gəldi – YENİLƏNİB

Venesuela prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb. Məlumata görə, o Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı, İran və Qətərdə də olacaq.

Dünəndən başlayan dörd günlük turnenin məqsədi neft ixracını azaltmaqla bağlı danışıqlar aparmaqdır.

Xəbərdə N. Maduronun Azərbaycana səfərinin tarixi qeyd olunmayıb.

***

Qeyd edək ki,  Nikolas Maduro artıq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Venesuela Prezidenti Nikolas Maduronu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Etikxeber.az

Read Previous

Türkiyə şirkəti istilik avadanlıqlarının 30 faizini Azərbaycana ixrac edir

Read Next

Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir