“Niyə bunu etdiniz?” – PUTİN

Putin: “ABŞ daima Rusiyada seçkilərə müdaxilə edir”

“ABŞ prezidenti Donald Tramp Vaşinqton və Moskva arasında münasibətlərin normallaşmasını istəyir, lakin ona mane olanlar var”.

Etikxeber.az-ın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində bəyan edib.

“Biz sizə düşmən damğası vurmamışıq. Siz parlament səviyyəsində, Konqres səviyyəsində Rusiyanı düşmən siyahısına daxil etmisiniz. Niyə bunu etdiniz? Məgər biz ABŞ-a qarşı sanksiyalar tətbiq etmişik? ABŞ bizə qarşı sanksiyalar tətbiq edib” – deyən Putinin sözlərinə görə, Rusiya başqa ölkələrin işlərinə qarışmır:

“Müdaxilə ilə hansısa məqsədə nail ola biləcəyimizi düşünmürəm. Məqsəd yoxdur. Gəlin, hədəfin nə olacağını təsəvvür edək. Nəyə görə? Müdaxilənin özü üçün?…

ABŞ isə daima Rusiyada seçkilərə müdaxilə edir və hətta bunu gizlətmir. hətta bunu gizlətmir. Güman edirəm ki, Donald Tramp münasibətlərin normallaşmasını istəyir, amma ona mane olan qüvvələr var”.

Etikxeber.az

Read Previous

ABŞ-da silahlı şəxs özünü və girovları öldürdü

Read Next

Mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var – AMAŞOV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir