“Niyə oturublar? Beynəlxalq təşkilatlar insan haqlarından danışırlar. Bəs buradakı insanların haqqı yoxdur? Bəs hanı o bəyanatlar?”-QƏNİRƏ PAŞAYEVADAN SƏRT SÖZLƏR

ATƏT-in Minsk qrupunun həmsədrlərinə inanmırıq.

Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, hazırda Tovuzda olan Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, həmsədrlərə etimad sıfırdır:

“Biz tələb edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri üzərində dəyişiklik edilsin. Əgər həmsədrlər Ermənistana təzyiq etsəydilər, onlar bu qədər vandalizmə, mülki insanların vurulmasına getməzdilər. Bizim ordumuz onlara layiq olduğu cavabı verir. Bütün diaspor təşkilatlarımıza, xarici dilləri bilən insanlarımıza müraciət edirəm.Buradakı insanlar 4 gündür yatmır. Ona görə bizim diaspor təşkilatları bu insanların səsini yaşadıqları ölkələrdə duyurmalıdırlar”.

Q. Paşayeva qeyd edib ki, insanlar bu hala alışdıqları üçün təhlükə gələndə özlərini qorumağı bilirlər:

“Artıq 30 ildir bu şəraitdə yaşayırıq. Ermənistanın məqsədi mülki vətəndaşları vurmaq, insanları qoxutmaq, panika yaratmaqdır. Beynəlxalq təşkilatlara sözümüzü deməliyik. Niyə oturublar? Beynəlxalq təşkilatlar insan haqlarından danışırlar. Bəs buradakı insanların haqqı yoxdur? Bəs hanı o bəyanatlar?”.

Etikxeber.az

Read Previous

“Qarabaq ermənilərdən tezliklə azad olunacaq…Zəfər yürüşünə az qalıb…”-EKS-DEPUTAT YAZIR

Read Next

Deputat seçicilərini dinlədi, onları sosial məsafəni gözləməyə-TƏXRİBATLARA UYMAMAĞA SƏSLƏDİ-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir