Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Prezident Ilham Əliyev bir çox məsələlərlə bağlı konkret fikirlər səsləndirmişdir.
Onlardan biri bütün ölkə ictimaiyyətini daha çox narahat edən Qarabağ münaqişəsinin mövcud vəziyyəti barədədir. Ölkəmizin rəhbəri qəti şəkildə bildirdi ki, problemin həllinin yeganə yolu – Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.
Deməli, biz var gücümüzlə buna hazırlaşmalı, hazır olmalıyıq. Prezident onu da vurğuladı ki, bizim addımlarımızın uğurla nəticələnməsi üçün münasib beynəlxalq şərait olmalıdır. Zənnimcə, bunun hansı məna yükünün daşıdığı hər kəsə aydındır. Azərbaycan hüquqi və siyasi müstəvidə elə bir tufan qoparmalıdlr ki,ermənilər başlarını qaldıra,gözlərini aça bilməsinlər.
Bunun öhdəsindən gəlmək üçün hücumçu diplomatiyaya, beynəlxalq təşkilatlarda olduqca kreativ fəaliyyətə, mütəşəkkil diaspor hərəkatına malik olmalıyıq. Hakimiyyətin digər vacib qolu olan Milli Məclisin qəbul etdiyi qanunlar, parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlardakı təmsilçilik müstəvisindəki fəaliyyəti bu hədəflə uzlaşdırılmalıdır.
Nəzərə alsaq ki,həm beynəlxalq hüquq, həm də tarixi ədalət bizim tərəfimizdədir,yuxarıdakı vəzifələrin yerinə yetirilməsi daha da mümkün görünür. Gerçəkdən beynəlxalq ictimaiyyətin, xarici dövlətlərin dəstəyini almaq,dünyada ölkəmiz ətrafında haqq-ədalət atmosferi formalaşdırmaq üçün hər bir dövlət yetkilisi öz postunda ürəkdən çalışmalıdır. Gözdən pərdə asmaq fəaliyyət deyil.
Baxın, ermənilər getdikcə daha da həyasızlaşır, quduzlaşırlar,güc yolu ilə zəbt etdikləri ərazilərimizdəki bütün tarixi,mədəni irsimizə aid olan hər şeyi yerlə yeksan edir, oradakı milli izlərimizi silir, erməniləşdirirlər. Ermənistandandan,dünyanın müxtəlif ölkələrindən gətirilən erməni ailələrinin hesabına torpaqlarımızı qanunsuz olaraq məskunlaşdırırlar, yeni-yeni qəsəbələr salır,yollar çəkirlər.
Yeraltı, yerüstü sərvətlərimiz talan edilib satılır. İllərdir ki, işğal olunmuş torpaqlarımızda düşmən ordusu hərbi infrastrukturu genişləndirir,ildə bir neçə dəfə təlimlər təşkil edir. Hazırda erməni silahlı birləşmələrinin Ağdamda növbəti geniş miqyaslı təlimlər keçirdiyi barədə, yəqin ki,çoxlarınız məlumatlısınız. Düsmən əsgərlərinin ağır artilleriyadan atdığı mərmilərin səsi cəbhəyanı kəndlərdə evlərin pəncərələrini titrədir.
Niyə susuruq? Axı, ermənilərin xalqımıza qarşı törətdiyi Xocalı soyqırımı, qətliamlar,etnik təmizləmələr,atəşkəs rejiminə əməl etməməsi,cəbhə zonasındakı yaşayış məntəqələrimizi vaxtaşırı müxtəlif çaplı silahlardan atəşə tutması, sakinlərini öldürməsi,həmçinin,yuxarıda sadaladığım digər bütün əməlləri, hərəkətləri-hərbi cinayətlərdir,beynəlxalq ganunları ayaq altına atıb tapdalamaq deməkdir
Nədən, bu məsələləri kəskin şəkildə və davamlı olaraq BMT, onun Təhlükəsizlik Şurası, ATƏT , digər qurumlar qarşısında qaldırmırıq?
Hərbi cinayətlər törətmiş, əlləri on minlərlə dinc insanlarımızın qanına bulaşmış erməni liderlərini, siyasətçilərini,generallarını niyə beynəlxalq məhkəmələrin qarşısına çıxarmırıq?..
Bir sözlə, hələ silaha əl atmadan erməniləri diz çökdürmək üçün imkanlar çoxdur!..
Mayis SƏFƏRLİ,
Eks-deputat
Etikxeber.az