Niyaməddin Musayevlə Akif Əsgərov 2-ci dərəcəli “Əmək” ordeni ilə-TƏLTİF OLUNDU – SƏRƏNCAMLAR

Prezident İlham Əliyev Xalq artisti Niyaməddin Musayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

Prezidentin digər Sərəncamı ilə Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Akif İzzətulla oğlu Əsgərov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu ilin iyun ayının 1-də görkəmli sənətkar N. Musayevin 80 yaşı tamam olur.

Təbrik edirik!

Etikxeber.az

Read Previous

“Dünyanın nəhəng dövlətləri gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər veriblər…”-PƏRVİN KƏRİMZADƏ

Read Next

“822 saylı qətnamənin qəbulundan 27 il keçir, amma hələ də Kəlbəcər işğaldadır…”-MİLLƏT VƏKİLİ BMT VƏ ATƏT-İ TƏNQİD ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir