Nizami Azərbaycan türküdür – BİNƏLİ YILDIRIM – FOTO

“Biz bir millət,iki dövlətik. Buraya gələndə də özümüzü heç qonaq kimi hiss etmirik, öz evimizdəki kimi hiss edirik”.

Etikxeber.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə (MM) spiker Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib.

O, qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələr gündən- günə inkişaf edir:“Bir az öncə Azərbaycan prezidenti İlham Əliyevlə də görüşdük və Türkiyə-Azərbaycan əlaqələrini təkrar gözdən keçirdik, dəyərləndirdik və bunu məmnunluqla ifadə etdik ki, ölkələrimiz arasındakı münasibətlər hər baxımdan inkişaf etməyə davam edir. Biz Azərbaycanı bu bölgənin-Qafaqzların bir təminatçısı olaraq görürük”.

binali-spiker

B. Yıldırım eyni zamanda səfərinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 6-cı Qlobal Bakı Forumunda iştirak etməklə bağlı olduğunu bildirib və dahi Nizami Gəncəvi haqqında fikirlərini bölüşüb:

“Nizami Gəncəvi 13-cü əsrdə yaşamış dahi şəxsiyyətdir. Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür. Hər nə qədər bəziləri ona sahib çıxmaq istəsə də, gerçək budur ki, Nizami Gəncəvi Gəncədə doğulub, Gəncədə yaşayıb və Gəncədə vəfat edib. Onun “Xəmsə”si bu gün dünya elm adamlarına, şairlərinə bir nümunədir. Belə bir dahi şəxsin adına beynəlxalq tədbirin təşkil olunmasını alqışlayıram. Ona görə də bu tədbirdə iştirak etmək istədim”.

O. Əsədov da öz növbəsində Azərbaycan ilə Türkiyə arasında əlaqələrin eyni tarixi, mədəni, dini, mənəvi köklərə əsaslanaraq dostluq, qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini deyib:

“Parlamentlərarası əlaqələrimiz də durmadan inkişaf edir, qanunverici orqanlarımızın nümayəndə heyətləri beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər”.

MM-in sədri deyib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir:

“Heç bir qüvvə bu dostluğu sarsıda bilməz. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığa da töhfəsini verir. İndiyədək iki ölkə arasında 210-dan çox sənəd imzalanıb. Bütün bunlar dövlətlərarası münasibətlərə müsbət təsir göstərən amillərdir”.

Etikxeber.az

Read Previous

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyini qəbul etdi – FOTO

Read Next

RUSİYADA DÜNYA ÇEMPİONATI TƏXİRƏ DÜŞSƏ… Deputat yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir