Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cəmi bir dəfə filmə dəvət aldım, amma həyat yoldaşım icazə vermədi.
Etikxeber.az xəbər verir ki, bunu tanınmış sənətkar, “Şöhrət” ordenli Xalq artisti Səkinə İsmayılova ATV-də “Zaurla Günaydın” verilişində deyib.
“O vaxt Dövlət Akademik Opera və Balet Teatrında yeni işləyirdim. Mənə də filmlərdən birinə çəkiliş üçün dəvət gəldi. “Nizami” filmində “Afaq” roluna məni çəkmək istəyirdilər. Amma həyat yoldaşım icazə vermədi. Hətta, o vaxt Teatrımızın direktoru rəhmətlik Azər müəllim dedi ki, yoldaşını çağır, bu dəfə mən onunla danışım. Çağırdı, yoldaşımla danışdı, amma xeyri olmadı, icazə vermədi (gülür)…”-deyə, S. İsmayılova sözlərinə əlavə edib.
S. Əliyeva bununla yanaşı, tanınmış sənətçilərə, həmkarlarına səslənib:
“Allah hamısının canını sağ etsin, əksəriyyəti bütün günü efirdədirlər, müxtəlif kanalların qonağı olurlar…Amma yaxşı olardı ki, onlar gənclərə, tələbələrə yol, imkan versinlər. Çalışsınlar ki, istedadlı gənclərimiz, tələbələrimiz də özlərini tanıda, təqdim edə bilsinlər…”.
Xalq artisti həmçinin qeyd edib ki, bəzi ifaçıların özlərinə tez-tələsik “sətənkar” deməsindən xoşu gəlmir:
“Bir-iki il olar, olmaz sənətdədirlər…Amma özlərini “sənətkar” adalandırırlar…Olmaz, düzgün deyil…Belə şeylərdən xoşum gəlmir…Həmçinin, bəzi aparıcıların hərəkərləri məni qane etmir…Verilişə dəvət edirlər, sual verirlər, ağzını açırsan ki, cavab verəsən, adama danışmağa imkan vermirlər…Əgər sual verib, cavabını dinləməyəcəksənsə, onda niyə verilişinə dəvət edirsən?!”.
Etikxeber.az