“Normal adam heç bir zaman bir insanı-həm də öz uşaqlarının anasını belə qəddarlıqla öldürə biməz…”-MM-İN KOMİTƏ SƏDRİNDƏN ÇAĞIRIŞ

Getdikcə insanlarda artan aqressiya cəmiyyətimizi, hamımızı ciddi narahat etməlidir.

Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentin komitə sədri, professor Qənirə Paşayeva son günlər cəmiyyəti silkələmiş qətl hadisələrinə, o cümlədən, gənc qadının liftdə həyat yoldaşı tərəfindən qəddarlıqla qətlə yetirilməsinə münasibətini bildirərkən deyib.

Komitə sədri bildirib ki, normal adam heç bir zaman bir insanı-həm də öz uşaqlarının anasını belə qəddarlıqla öldürə biməz.

“Əziz ailələr, ailənizdə, yaxınlarınızda getdikcə artan aqressiya, davranışda problemlər görürsünüzsə, mutləq onu psixoloq və ya psixoterapevtə getməyə razı salın, aparın yardım alsınlar. Yoxsa sonu bir ailənin faciəsi və cəmiyyətin ağrısına çevriləcək. “Mən ondan şübhələnmişdim”-deyib, bu cür dəhşətli qətli törədən isə layiq olduğu ən ağır cəzanı almalıdır. Uşaqlara çox üzülürəm. Cəmiyyətdə psixoloji yardımın güclənməsi ilə bağlı ciddi tədbirlər görülməlidir…”-deyə, Q. Paşayeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Elə bilirəm və qəti əminəm ki, hər kəs bayram günlərində bir daha diqqətli, məsuliyyətli olacaq, çağırışlara sözsüz əməl edəcək”-MİLLƏT VƏKİLİ AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ

Read Next

“Təbiəti qorumaq, qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur”-NAQİF HƏMZƏYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir