2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.
Etikxeber.az xəbər verir ki, Norveç–Azərbaycan oyunu sentyabrın 1-də Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək.
Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlayacaq.
Etikxeber.az