Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlamentin növbədənkənar sessiyasının iyulun 9-da keçirilən plenar iclasında “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
Etikxeber.az xəbər verir ki, dəyişikliyə əsasən satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir.
Belə ki, qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
Təklif edilən dəyişikliyə əsasən, həm də son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək.
Təklif olunan dəyişiklikdə məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.
Dəyişikliklər layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
İclasda həmçinin “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə edilib. Belə ki, dəyişikliyə əsasən Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv olunur.
Qeyd edək ki, bununla bağlı hazırda bu rüsum 4 manatdır.
Bu layihə də birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az