Notaya görə rüsum ləğv olunur – SATINALMALARLA BAĞLI ŞƏRTLƏR SƏRTLƏŞDİRİLİR

Parlamentin növbədənkənar sessiyasının iyulun 9-da  keçirilən plenar iclasında  “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, dəyişikliyə əsasən satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir.

Belə ki, qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş  öhdəlikləri olmamalıdır.

Təklif edilən dəyişikliyə əsasən, həm də son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək.

Təklif olunan dəyişiklikdə məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.

Dəyişikliklər layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

İclasda həmçinin “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə edilib. Belə ki, dəyişikliyə əsasən Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv olunur.

Qeyd edək ki, bununla bağlı hazırda bu rüsum 4 manatdır.

Bu layihə  də birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Kommersiya məhkəmələrinin yaradılmasını nəzərdə tutan qanun layihəsi tam qəbul edildi

Read Next

“O biriləri bundan şou yaratamaq istəyirlər…” – SPİKER MEDİAYA MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir