Növbəti açıq hərracda 31 dövlət əmlakı özəlləşdirilib

Oktyabrın 25-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçirilib.

Etikxeber.az xəbər verir ki, hərraca çıxarılan 84 dövlət əmlakından 31-i özəlləşdirilib. Hərracda satılmış əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-sı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub.

Qeyd edək ki, bu hərrac da, əvvəlki hərraclar kimi, tamamilə açıq və şəffaf şəraitdə baş tutub və istənilən vətəndaşın və ya media üzvünün iştirakına heç bir məhdudiyyət olmayıb. Həm bu hərracın, həm də respublikanın digər şəhər və rayonlarında keçirilən hərracların gedişatı əyani müşahidə şəklində böyük monitorlarda canlı izlənilib.

Etikxeber.az

Read Previous

70 yaşayış məntəqəsinə qar yağdı…

Read Next

Kinooperator Rasim İsmayılovun anadan olmasının 80 illiyi qeyd olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir