Növbəti büdcə müzakirələri təxirə salındı – YENİLƏNİB

Büdcə müzakirələri yenidən başlayır-ikinci oxunuşda

Bu gün Milli Məclisin (MM) komitələrində 2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələrinin növbəti müzakirəsi başlanır.

Etikxeber.az-ın xəbərinə görə, bu dəfə millət vəkilləri büdcə zərfini ikinci oxunuşda müzakirə edəcəklər.

İkinci oxunuşun ilkin müzakirələri 5 komitənin-İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, ekologiya və energetika, həmçinin, Dini qurumlar və ictimai birliklər komitələrinin bircə iclasında keçiriləcək.

Komitələrin birgə iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səməzdzadə sədrlik edəcək.

meclis-5

1488451229_ziyad-s-str-7-8

İclasda komitə üzvləri ilə yanaşı, maliyyə naziri və onun müavini, əmək və əhalinin sosial müdafiəsi naziri, həmçinin, digər nazirlik və dövlət qurumlarının rəhbər şəxsləri iştiarak edəcəklər.

Qeyd edək ki, müzakirələr sabah və birisi gün digər komitələrdə davam etdiriləcək.

Müzakirələrdən sonra büdcə zərfi ayın 23-də keçiriləcək plenar iclasın ikinci oxunuşuna tövsiyə olunacaq.

Büdcə müzakirələrinə bütövlükdə noyabrın 30-da yekun vurulacaq.

Qeyd edək ki, 2019-cu ilin büdcəsi 24 milyard 780 milyon manatdır.

***

Bu gün keçirilməsi nəzərdə tutulan büdcə müzakirələri son anda təxirə salınıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Millət vəkilindən telekanallara ciddi irad…

Read Next

Azərbaycanı Tailandda, Tailandı isə Azərbaycanda daha geniş tanıdan layihələrə böyük ehtiyac var – QƏNİRƏ PAŞAYEVA-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir