Növbəti dəfə İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik – MİLLƏT VƏKİLİ

Deputat: YAP-ın İlham Əliyevlə bağlı qərarı ümumxalq mövqeyinin ifadəsidir

Partiyamızın bu qərarı əslində, ümumxalq mövqeyinin ifadəsidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı hakim Yeni Azərbaycan Partiyasının (YAP) 6-cı qurultayında Prezident İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarın qəbul edilməsinə münasibət bildirərkən deyib.

ILHAM ALIYEV-YAP

melahet-1

Onun sözlərinə görə, çünki Prezidentin uğurlu fəaliyyəti birmənalı olaraq xalqımız tərəfindən dəstəklənir. O, qeyd edib ki, İ. Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub:

“Prezident İlham Əliyev dövlət başçısı kimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi gənc ölkə üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib.

Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir. Ona görə də, ümumxalq partiyası olan YAP özünün VI qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə xalqın mövqeyini ifadə etdi. Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İlqar Abbasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Read Next

Düşmən yenə dinc dayanmır, atəşkəsi 120 dəfə pozub…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir