Növbəti erməni vandalizmi və terrorizmi-GƏNCƏ YENİDƏN RAKET HÜCUMUNA MƏRUZ QALIB – HƏLAK OLANLARIN SAYI 14-Ə, YARALANANLARIN SAYI 55-Ə ÇATDI… – FOTOLAR – YENİLƏNİB – (5)

Ermenistan’ın Azerbaycan’ın ikinci büyük kenti Gence’ye düzenlediği füze saldırısında ölen sivillerin sayısının 6’ya yükseldiği bildirildi. Enkaz alanında arama kurtarma çalışmaları devam ediyor. ( Onur Çoban – Anadolu Ajansı )

Son dəqiqə: Ermənistanın humanitar barışıq silahlı qüvvələrinin arxasında gizlənmək terror və hərbi cinayət əməllərini davam etdirir.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “tvitter” hesabında yazıb. 

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb:

“Xəsarət və zərərlər müəyyənləşdirilir”.

***

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub.

Bu barədə  də Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

***

MN Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: “Ermənistan növbəti dəfə dinc sakinləri raket atəşinə tutub”

“Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmaqla dinc sakinləri və mülki infrastrukturu məqsədli şəkildə hədəfə aldığını növbəti dəfə nümayiş etdirdi”.

Bunu MN Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Eyni zamanda qarşı tərəf guya Ermənistan səmasında Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması barədə də yalan məlumat yayıb. Bu kimi xəbərin də heç bir əsası yoxdur”-deyə, o, əlavə edib.

***

“Ermənistanın Gəncəyə raket hücumu nəticəsində 10-dan çox mülki şəxs ölüb, təxminən 40 nəfər yaralanıb. Xilasetmə əməliyyatları davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır”.

Bunu yenə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H. Hacıyev “twitter” hesabında yazıb.

***

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu barədə Respublika Baş Prokurorluğunun məlumatında bildirilir.

Qeyd edilib ki, hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək.

07:05

Son məlumata görə, terraktda ölənlərin sayı 13-ə çatıb, yaralananların sayı 50-ni keçib.

11:50

***

Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölən mülki şəxslərin sayı 14 nəfərə çatıb.

Bunu Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov deyib.

O, bildirib ki, hadisə nəticəsində 55 nəfər xəsarət alıb:

“Faşist erməniər dinc sakinlərə raket mərmiləri atırlar. Onlar gecə saatlarında atəş açıblar. Amma Gəıncə sakinləri bu gün ölkə Prezidentinin yanındadır, onlar heç nədən qorxmurlar və istəyirlər ki, Azərbaycan bayrağı Şuşa, Xankəndidə dalğalansın”.

Etikxeber.az

Read Previous

“Demişəm, onlar öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasalar, onları iti qovan kimi qovacağıq və qovuruq və hər gün müzəffər Azərbaycan Ordusu yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir…”-PREZİDENT AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

“Əgər cinayət varsa, cəza da olmalıdır…”-HİKMƏT HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir