Növbəti illərdə əməkdaşlığımızı daha da artıracağıq – İLHAM ƏLİYEV – FOTOLAR- YENİLƏNİB

Azərbaycanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü zamanı münasibətlərin müsbət inkişafına təkanın və əvvəllər əldə olunmuş razılaşmaların qorunub-saxlanmasının vacibliyini qeyd edib. 

Etikxeber.az  bununla bağlı “RİA Novosti”yə istinadla xəbər verir.

“Yaxşı ki, bu vəziyyətdən istifadə etmək və ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var. Biz hələ Soçidəki görüşümüz zamanı iqtisadiyyat və digər sahələrdə əlaqələrin inkişafını qeyd etdik. Rusiyaya səfəriniz zamanı bizim qarşılıqlı fəaliyyətimizə verilən təkan və bu təkanın zəifləməməsi üçün imzaladığımız sənədlər indi çox vacibdir”, – Putin deyib.

O, əlavə edib ki, ikitərəfli görüş zamanı bu barədə danışmaq niyyətindədirlər.

Bundan başqa, Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyən rusiyalı lider tədbirin yüksək formada beynəlxalq səviyyədə təşkil olunduğunu bildirib.

“Bu, dünya idmanının inkişafına böyük töhfədir”, – Putin deyib.

İlya-VLAD-1

O, iki liderin Rusiya-Azərbaycan beynəlxalq forumunda iştirakının vacibliyini qeyd edib.

İlham Əliyev isə  görüş zamanı bildirib ki, foruma rekord sayda iştirakçı toplaşıb, Rusiya Azərbaycan üçün vacib və dəyərli tərəfdaşdır.

“Düşünürəm ki, növbəti illərdə əməkdaşlığımızı daha da artıracağıq”, – Əliyev deyib.

Qeyd edək ki, sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdiriblər.

***

Azərbaycan prezidenti deyib:

-Biz Sizi görməyimizə həmişə çox şadıq. Sizin bügünkü səfəriniz xüsusi xarakter daşıyır. Biz bu gün ilk dəfə olaraq rekord miqdarda – minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz Sizinlə bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda görüşürük. Bu, bizim münasibətlərimizin səviyyəsinin parlaq göstəricisidir. Biz həm siyasi, həm də iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə böyük tərəqqi görürük. Biz bu barədə indicə Forum iştirakçılarına danışdıq, bununla onlara daha fəal işləmələri və əməkdaşlığımızı inkişaf etdirmələri üçün daha bir impuls verdik. Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur. Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik. Bir daha “Xoş Gəlmisiniz!” deyir və səfərə görə təşəkkür edirəm.

Rusiya Federasiyasının prezidenti  deyib:

– Bakıya dəvətə və cüdo üzrə dünya çempionatında olmaq imkanına görə çox sağ olun. Mən bunun necə layiqli, çox yüksək beynəlxalq səviyyədə təşkil edildiyini, təşkilatçıların, cənab Vizer başda olmaqla Cüdo üzrə Beynəlxalq Federasiyanın məmnunluğunu görürəm. Mənə indi burada hər şeyin necə peşəkarlıqla təşkil edildiyini dedilər. Bu, təkcə cüdonun deyil, bütövlükdə dünya idmanının inkişafına böyük töhfədir.

Əlbəttə ki, bu gün regionlararası forumda bizim iştirakımız da bu qısa işgüzar səfərin əhəmiyyətli tərkib hissəsidir. Doğrudur, biz bu yaxınlarda Soçidə görüşdük, amma münasibətlərimizin yüksək səviyyəsini və həcmini nəzərə alaraq, bizim həmişə danışmağa sözümüz var. Necə deyərlər, MDB-nin sammiti meydanlarında da ünsiyyətimiz gözlənilir. Amma, şübhəsiz, çox əladır ki, bu şəraitdən istifadə edərək ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var. Biz hələ Soçidə qeyd etmişdik ki, münasibətlərimiz həm iqtisadiyyat, həm də digər sahələrdə müsbət inkişaf edir. İndi gərək elə edək ki, Sizin Rusiyaya səfərinizin gedişində bizim qarşılıqlı fəaliyyətimizə verilən impuls itməsin və Sizinlə imzaladığımız çox əhəmiyyətli sənədlər işləsin. Düşünürəm ki, biz bu gün elə bu barədə danışacağıq.

Etikxeber.az

Read Previous

Futbol üzrə 2024-cü ildə keçiriləcək Avropa çempionatına Almaniya ev sahibliyi edəcək – FOTO

Read Next

Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir