Növbəti Zəfər-Zəfər qurultayı!-ELDAR İBRAHİMOV YAZDI

Bugünlərdə daha bir tarixi hadisə yaşandı, yaşadıq.

Daha bir tarixi hadisəyə şahidlik etdik, daha bir tarix yazdıq.

Nəinki Qarabağımızın, cəmi Azərbaycanımızın göz bəbəyi, dilbər guşəsi, mədəniyyət paytaxtı olan Şuşada Dünya Azərbaycanlılarının növbəti 5-ci-Zəfər qurultayı keçirildi.

Hansı ki, cəmi iki-üç il öncə bunu xəyal edə bilərdik.

Amma bu dəfə xəyal deyil, gerçəkilik oldu.

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin noyabr ayının 8-də Şuşamızın 28 il 6 aylıq işğalına, əsarətinə sin qoyuldu.

Şuşanın azad edilməsi ilə qanlı 30 illik Qarabağ münaqişəsinin taleyi həll olundu, cəmi iki gün sonra, noyabrın 10-da, gecə saatlarında düşmən təslim oldu, təslim edildi, məğlubiyyətini bütün kürreyi-ərz qarşısında etiraf etdi.

Beləliklə, dağlı-aranlı Qarabağımıza, Şuşamıza qovuşduq.

Qarabağ bizim idi, bir daha bizim oldu.

Zəfər qurultayının da məhz Şuşamızda keçirilməsi bir daha dünyaya Qarabağın Azərbaycana aid olduğunun bəyanı idi.

Bütün dünya bir daha gördü və şahidlik etdi ki, Qarabağın sahibi, əsl yiyəsi Azərbaycandır və bir daha Qarabağı ondan kimsə ayıra, qopara bilməz.

Bu, mümkün deyil və bundan sonra da mümkün olan deyil.

Onu da xatırlatmağa dəyər ki, Dünya Azərbaycanlılarının qurultayı ideyası ikinci müstəqil Azərbaycanın qurucu lideri Ulu Öndər Heydər Əliyevə məxsusdur.

Məhz onun təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə 2001-ci ilin payızında Dünya Azərbaycanlılarının qurultayı baş tutdu və bütün dünyada yaxşı mənada səs-küy yatatdı.

Parçalanmış, dağınıq halda olan-65 ölkəni təmsil edən Azərbaycan diaspor təşkilatları bir araya gətirildi, dünyaya birlik və bərabərliyimiz nümyaiş etdirildi.

Və bunun nəticəsi, davamı olaraq, Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı və bu komitənin də gördüyü işlər, onun fəaliiyət göz qabağındadır.

Dünya Azərbaycanlılarının ilk qurultayında, tarixi çıxışında Ulu Öndər diaspor təşkilatları, Azərbaycan diasporu qarşısında mühüm vəzifələr qoydu, xüsusilə, Qarabağ həqiqətlərinin dünyaya olduğu kimi çatdırılması istiqamətində önəmli tapşırıqlar verdi.

Həmçinin, çıxışında Qarabağın bir gün və tezliklə işğaldan azad olunacağına əminliyini ifadə etdi.

Və Ulu Öndərin siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 19 ildən sonra Qarabağ işğaldan, əsarətdət qurultdu, Heydər Əliyevin ən böyük arzusu çin oldu, ruhu şad edildi.

İlk qurultaydan 21 il sonra isə Şuşamızda növbəti-Zəfər qurultayı keçirildi.

“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir”-deyə, çıxışında bəyan edən Ali Baş Komandan bildirdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq.

Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün.

Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər.

Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

Daha sonra çıxışına davam edən dövlət başçımız “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz – Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”-deyərək, vurğuladı ki, biz faşizmi məhv etdik, biz Cənubi Qafqazı faşizmdən xilas etdik.

Çıxışda da vurğulandığı kimi, təəssüflər olsun ki, hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar.

Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İl yarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü.

Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər.

Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması – bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini,- əgər bir daha baş qaldırsa, – əzməyə hazır olmalıyıq və hazırıq.

Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır.

Bəli, bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq.

Və tam əminik ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq.

Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Qarabağ Azərbaycandır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri

Etikxeber.az

Read Previous

6 yeni-YOLUXMA…

Read Next

“Hökümət süni qiymət artımının qarşısını almalıdır”-VAHİD ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir