YAP Siyasi Şurası və deputatlar toplaşdı və… – ÖZƏL – YENİLƏNİB – (6)

Ölkədə növbədənkənar parlament və növbədənkənar prezident seçkilərinin keçiriləcəyi yönündə iddialar yenidən gündəmi zəbt və məşğul etməkdədir.

Siyasi kuluarlarda, sosial şəbəkələrdə, hətta, hakim Yeni Azərbaycan Partiyasını  (YAP) təmsil edən və iqtidaryönlü millət vəkilləri arasında növbədənkənar seçkilərə yönəlik müzakirələr getməkdədir.

Bu müzakirələri sürətləndirən və aktuallaşdıran isə son zamanlardakı kadr təyinatları, xüsusilə,  ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qonşu Rusiyaya sonuncu səfəri, səfər zamanı önəmli görüşlər keçirməsi və səfərin gözlənildiyindən də müsbət ortamda baş tutmasıdır.

Çoxları bu səfərdən sonra ölkədə yeni parlament, davamı olaraq da, növbədənkənar prezident seçkilərinin gündəmə gələcəyi və bunun tezliklə reallığa çevriləcəyini düşünürlər.

Hətta, bu müzakirələrin iqtidaryönlülər arasında getməsi, onlar tərəfindən  növbədənkənar seçkilərə işarə vurulması ümumilikdə səslənən iddiaların heç də əsassız və səbəbsiz olmadığını ortaya qoymuş olur.

Onu da qeyd edək ki, sabah (noyabrın 28-də) hakim partiyanın əsas seçkili ali orqanı olan Siyasi Şuranın təcili iclası çağırılıb.

Bu haqda isə Etikxeber.az-a YAP-dakı mənbədən məlumat daxil olub.

Ancaq YAP-dakı mənbə, eləcə də,  hakim partiyadan olan millət vəkilləri  təcili iclasın hansı səbəbdən çağırıldığını dəqiq bilmirlər.

İclasın təcili çağırılması da təsadüfi sayıla bilməz.

İclasda növbədənkənar qurultaya gedilməsi və seçki hazırlıqlarına start verilməsi də gözləniləndir, ehtimal olunandır.

Xatırladaq ki, iclas sabah 11:00-da YAP-ın mərkəzi qərargahında baş tutacaq və onun  təxminən 2-cən çəkəcəyi gözlənilir.

Odur ki, ortada olan sualların cavablandırılması üçün  sabahı gözləmək qalır…

***

YAP-ın Siyasi Şurasının təcili iclasının çağırılması ilə bağlı saytımıza yeni maraqlı məlumatlar daxil olub.

Məlumatlardan birində qeyd olunur ki, 2013-cü ildə keçirilən qurultayda formalaşdırılan YAP Siyasi Şurasının yeni tərkibdə ötən 6 il ərzində iclası keçirilməyib və ya keçirilibsə də, cəmi bir dəfə.

YAP Siyasi Şurası son 6 ildə ilk dəfədir belə təcili çağırılır, toplanılır və bu səbəbsiz ola bilməz.

İclasda vacib qərarların qəbul olunacağı, mesajların veriləcəyi gözlənilir.

Eyni zamanda, sabah YAP-ın Siyasi Şurasının iclasından sonra cəmi 20 nəfərdən ibarət olan İdarə Heyətinin iclası və növbəti günlərdə bu iclasların yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Başqa bir məlumatda isə qeyd olunur ki, vitse-premyerlikdən gedən YAP sədrinin müavini Əli Həsənova konkret səlahiyyətin verilməsi, yəni, hansı məsələləri kurasiya etməsi məsələsi də dəqiqləşdiriləcək.

Belə ki, digər sədr müavini-akademik Akif Əlizadədən fərqli olaraq, Ə. Həsənovun artıq partiyanın mərkəzi qərargahında yerləşməyə hazırlaşdığı qeyd edilir…

***

YAP Siyasi Şurasının iclasında bu qurumun üzvü olmayan, amma YAP-ı parlamentdə təmsil edən millət vəkilləri də iştirak edəcəklər.

Onlar da Siyasi Şuranın iclasına dəvət ediliblər. 

***

“Növbədənkənar seçkilərə-istər parlament, istərsə də prezident seçkilərinə-gedilməsi hələlik söz-söhbət səviyyəsindədir. Seçkilərdən danışmaq bəlkə də bir az tezdir. Amma qarşıdan gələn parlament seçkilərinə bir ildən də az vaxt qalır. Parlament seçkiləri ərəfəsində də  YAP-ın tarixində qurultaya gedilməsi faktı mövcuddur. Odur ki, Siyasi Şurada və İdarə Heyətində qurultaya gedilməsi ilə bağlı və digər partiyadaxili qərarlar verilə bilər”.

Bunu isə adının çəkilməsini istəməyən bir YAP-çı deputat deyib.

“Şəxsən biz də sabahkı (bügünkü-red) iclasları maraqla gözləyirik. Siyasi Şura üzvü olmayanlar da iclasa dəvət edilib. Hər şey orada və İdarə Heyətinin toplantısında bəlli olacaq. Bir az da səbr edək…”-deyə, adının çəkilməsini istəməyən deputat sözlərinə əlavə edib.

***

Bu gün 15:00-da YAP Sədrinin müavini və İcra katibi Əli Əhmədovun mətbuat konfransı keçiriləcək.

Bu haqda isə YAP Mətbuat Xidməti məlumat yayıb.

Mətbuat konfransı YAP-ın mərkəzi qərargahında baş tutacaq.

***

YAP Siyasi Şurasının iclası başlayıb.

***

11.59

YAP Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə  bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

***

Hazırda da YAP-çı deputatların iştirakı ilə yığıncaq öz işinə başlayıb.

Etikxeber.az

 

Read Previous

Parlament buraxılır – YENİ SEÇKİLƏRƏ GEDİLİR – YAP MESAJ VERDİ – YENİLƏNİB

Read Next

YAP-çı deputatlar-BİR ARAYA GƏLDİ VƏ SİYASİ ŞURANIN TƏŞƏBBÜSÜNƏ “HƏ” DEDİLƏR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir