“Növbəti dəfə qələbə qazandığıma görə…” – KAMİLƏ ƏLİYEVA

111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən 3-cü dəfə seçkilərə qatılan və seçkilərin qalibi olan professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva da digər həmkarları kimi, seçicilərinə müraciət və təşəkkür edib.

Etikxeber.az-ın xəbərinə görə, K. Əliyeva bunları bildirib:

“Dəyərli 111 saylı Zaqatala və Balakən seçicilərim! Əziz dostlar!

9 fevral növbədənkənar parlament seçkilərində növbəti dəfə qələbə qazandığıma görə ilk növbədə mənə bu şərəfli və məsuliyyətli işdə etimad göstərib namizədliyimi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürən partiyamızın sədri cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, YAP İcra katibliyinə öz dərin təşəkkürümü bildirirəm. Bu seçkidə mənə dəstək olub səs verən hər bir Zaqatala və Balakən seçicilərimə sonsuz məhəbbət və ehtiramımı bildirirəm. Eləcə də, bu seçkının demokratik və şəffaflığını təmın edən MSK nin sədri cənab Məzahir Pənahov başda olmaqla hər bir MSK üzvünə minnətdarlığımı bildirirəm. Nəhayət, təblığat təşviqat kampaniyasında zəhməti keçən və sona qədər mənim yanımda olan, KİV- də seçicilərlə görüşlərimizı işıqlandıran jurnalist dostlarıma da dərin təşəkkürümü bildirirəm. Bu qələbə Yeni Azərbaycan Partiyasının.qələbəsidir. Dövlətimiz və xalqımız üçün xeyirli olsun!”

Etikxeber.az

Read Previous

“İranla Azərbaycan arasında münasibətlərin ən güclü dövrüdür”- SƏFİR – FOTOLAR

Read Next

Əlverişsiz hava ilə bağlı sürücü və piyadalara-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir