“Növbəti yeddi ilin memarı prezident Əliyev olmalıdır” – PA RƏSMİSİ

“Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezident İlham Əliyev olmalıdır”.

Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb.

N. Məmmədov bu gün YAP-ın möhtəşəm qurultay keçirdiyini bildirib:

novruz-mammadov-1

“Möhtəşəm bir Qurultay. Səmimi, ürəkdən gələn, gələcəyə inamlı və ümid dolu çıxışlar. Ölkənin müxtəlif region və təşkilatlarının nümayəndələrinin nitqləri bir leytmotiv üzərində köklənmişdi: Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı Prezident İlham Əliyev olmalıdır. İstər-istəməz dahi Heydər Əliyevin aşağıdakı cümlələrini “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram…Mən ona özüm qədər inanıram və gələcəyinə Böyük Ümidlər bəsləyirəm” xatırladım. Qurultayda elə təəssürat yaranmışdı ki, sanki hamı bu müdrik kəlamları xatırlayır. Düşünürəm: Şübhəsiz Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır”.

Etikxeber.az

Read Previous

İmkan verə bilmərik ki, ikinci erməni dövləti yaransın – PREZİDENT – FOTOLAR

Read Next

“O, hər bir azərbaycanlının prezidenti olduğunu sübuta yetirib” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir