Novruz (Bahar) bayramı…Şıxəli Qurbanovun müəmmalı ölümü…Vəli Axundov…-KAMİL HƏMZƏOĞLU YAZDI

Dünən, mayın 24-ü Azərbaycan xalqının böyük oğullarından biri-tanınmış yazıçı, görkəmli dövlət xadimi mərhum Şıxəli Qurbanovun dünyasının dəyişiməsinin 53-cü ildönümünü idi…

Sıxəli Qurbanovun Azərbaycan xalqının tarixində, taleyində hansı rol oynadığı da çoxlarına, xüsusilə, yaşlı və orta nəslin nümayəndələrinə yaxşı məlumdur…

Amma və lakin…

Çox təəssüflər olsun ki, hər dəfə mərhum Şıxəli Qurbanovdan söz düşəndə…hədəf oxları mərhum VƏLİ AXUNDOVA (akademik, 1959-69-cu illərdə Azərbaycanın birinçi çəxsi) doğru yönəlir və ya yönəldilir…

Bu, kökündən yanlış, səhv və günahdır…

Şıxəli Qurbanovun müəmmalı ölümündə onun heç rolu-günahı olmayıb və yoxdur…

Düz 19 il öncə-2001-ci ilin yayında “525”-də müəllifi olduğum “Sabiqlər” rubrikası üçün Vəli Axundovun qardaşı-professor Nazim Axundovla görüşdüm, ondan geniş müsahibə götürdüm…

Müsahibə sırf Vəli Axundova həsr olunmuşdu…

Söhbət Şıxəli Qurbanovla bağlı məsələyə çatanda Nazim müəllim dedi ki, “oğlum, Vəli Axundovun nəyinə lazım idi ki, Şıxəli aradan götürülsün…Əksinə, Şıxəlini qabağa çəkən elə Vəliydi…Hətta, Vəli müəllim istəyirdi ki, ondan sonra birinci katib Şıxəli olsun…”

Novruz (Bahar) bayramı məsələsinə gəlincə, Nazim müəlllim bu məsələdə Şıxəli Qurbanovun böyük, danılmaz xidmətləri olduğunu etiraf etdi, ancaq onu da dedi ki, “Birinci katib, respublikanın birinci şəxsi qardaşım idi, təbii ki, onun razılığı, icazəsi, istəyi olmasaydı, bu məsələ alınmazdı, qardaşımın da bu məsələdə rolu az olmayıb…”

Yəni, Nazim müəllim o qədər səmimi, bəzək-düzəksiz və siyasətdən uzaq danışırdı ki, onun dediklərinə inanmamaq mümkün deyildi…Və sair və ilaxır…

Allah xalqımızın hər iki ziyalı oğluna-Böyük Şəxsiyyətlərinə rəhmət etsin!

Demək istədiyim odur ki, bini qaldırarkən, mütləq birini yerə endirmək lazım…

Birini ucaldarkən, digərini yerdən-yerə vurmaq lazım deyil…

Bu, ədalətdən, vicdandan və insafdan olmaz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

10:29, 25 may

Etikxeber.az

Read Previous

“Bu, getdiyimiz yoldur və bu yoldan da bizi heç kimi geri döndərməyə müvəffəq ola bilməyəcək”-DEPUTAT YAZDI

Read Next

“28 may 2020-ci il Azərbaycan Qadınının bulvara ayaq basmasının 101-ci ildönümüdür…”-MEHRİBAN VƏZİR YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir