Novruz Məmmədov Məmmədyarovu, Rəhimovu və Qarayevi “hədəf” aldı…

“Bir neçə gündür, ölkə mətbuatında Dağlıq Qarabağın “KVN” komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır”. 

Etikxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün “Facebook” şəbəkəsindəki hesabında yazıb.

“Nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər, onda ədalətli olardı” – deyə, Novruz Məmmədov bildirib.

Xatırladaq ki, “KVN” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarını yanvarın 10-23-də Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət edib.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi etiraz bəyanatı verib.

Etikxeber.az

Read Previous

Yaqub Eyyubov Azərbaycan hökuməti adından başsağlığı verdi…

Read Next

“Əliyevlə Ruhani arasındakı dostluq münasibətləri daha da möhkəmləndirir”- İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir