Novruzov: “Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəkli olmalıdır”

Millət vəkili Elmira Axundova parlamentin plenar iclasında mərhum dövlət başçısı Heydər Əliyevin səsinin və adının, imzasının aidiyyatı olmayan yerlərdə işlədilməsinə əleyhinə olduğunu bildirib.

Etikxeber.az xəbər verir ki, o,  bu məsələdə xüsusilə dövlət yol polisinin üzərinə məsuliyyət düşdüyünü vurğulayıb:

“Heydər Əliyev sözünü  maşınların kapotlarından yığışdırmaq  lazımdır. Eyni zamanda onun səsini  telefonlardan yığışdırılması gərəkdir. Mən onun səsini zəng əvəzinə telefonuma yükləməyəcəm, adını maşınımın kapotuna da yapışdırmayacam. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır. Bu yaxınlarda bir diplomat mənə zəng elədi ki, sizin yol polisi əməkdaşları  hara baxır? ! Heydər ƏIiyevin adı maşın kapotuna yazılıb”.

Millət vəkili həmçinin, H.Əliyevin şəklinin milli valyutada əks olunmasının əleyhinə çıxıb.

Onun sonuncu fikri isə həmkarı Siyavuş Novruzovun nazrazılığına səbəb olub.

O, deyib ki, Azərbaycan milli valyutasının üzərində Heydər  Əliyevin şəkli olmalıdır: ” Türkiyədə də milli valyutanın üzərində Atatürkün şəkli var. Amerikanın milli valyutasında Corc Vaşinqtonun şəkli var. Rusiyada bütün çarların adlarına pullar buraxılıb. Mən də  tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma kimsə ürəyinin başında gəzdirmək istəyirsə, buna qadağa qoya bilməz. Heydər Əliyevin adı hər yerdə olmalıdır”.

Etikxeber.az

Read Previous

Aydın Mirzəzadə: “Şəhid ailələrinə verilən müavinət 100 manata qaldırılsın”

Read Next

“Bizi də narazı salan budur…” – Ziyafət Əsgərov

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir