Noyabrın 1-dən fərdi qazanxana işləyən 117 məktəbə istilik verilib – Məhəbbət Vəliyeva

“Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Azəristiliktəchizat” ASC-yə bu il paytaxtda fərdi qazanxanaları olan məktəblərə istiliyin verilməsi ilə bağlı müraciətinə müsbət rəy verilib. Noyabrın 1-dən fərdi qazanxana işləyən təxminən 117 məktəbə istilik verilib”.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bunu idarənin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, havaların soyuq keçməsi ilə əlaqədar orta məktəblərə istiliyin vaxtından əvvəl verilməsinə ehtiyac yaranıb. Müvafiq qaydalara görə isə istilik noyabrın 15-dən aprelin 15-ə qədər verilir:

“Mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız orta məktəblərə şamil edilmir. Digər müəssisələr və fərdi yaşayış binaları istiliklə bu tarixlərdə təchiz olunur. Məsələ kütləvi xarakter daşıdığından bizə istiliyin noyabrın 15-də veriləcəyi deyilib. Hazırda Bakıda 135 məktəb mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz edilir. Həmin məktəblərə istilik noyabrın 15-dən veriləcək”.

Təhsil İdarəsinin müdiri əlavə edib ki, havaların soyuq olması məktəblərdə şagirdlərin davamiyyətinə mənfi təsir edir.

“Ümumilikdə isə məktəblərdə dərsə davamiyyətlə bağlı məsələdə heç bir problem yoxdur” – deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşdü

Read Next

Əlillər 29 minə yaxın protez-ortopedik məmulatla təmin olunub – Nazirlik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir