Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qırğızıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, ölkədə növbəti prezident seçkiləri bu il noyabrın 19-da keçiriləcək.
Etikxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Qırğızıstan Prezidenti Almazbek Atambayevin Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının sədri Nurjan Şayldabekovla görüşündə məlum olub.
Dövlət başçısı bildirib ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi zəruridir, bunun üçün nə lazımdırsa edəcək.
Görüşdə seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.
Qırğızıstan qanunlarına görə, dövlət başçısı bir dəfə altı il müddətinə seçilə bilər.
2011-ci ildə seçilən Prezident Almazbek Atambayevin səlahiyyətləri bu ilin payızında başa çatır.
Etikxeber.az