Noyabrın 21-dən dekabrın 28-dək həftə sonları fəaliyyətinə icazə verilən sahələr məlum oldu: Açıq məkanda da maska taxmayanlar-100 MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNƏCƏK – YENİLƏNİB

Azərbaycanda xüsusi karantin rejimi dövründə 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həftə sonlarında da fəaliyyətinə icazə verilən sahələr məlum olub.

Etikxeber.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:

– hüquq mühafizə, məhkəmə orqanları, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər;

– fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları (qurumları);

– səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri;

– kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı xidmətləri;

– fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri;

– apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri;

– kütləvi informasiya vasitələri;

– mühafizə xidmətləri.

***

Nazirlər Kabineti həmçinin, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.

Qərarla müəyyən edilib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti antirekord-2597 – DAHA 23 ÖLÜM…

Read Next

“Nifrət və qərəz holland parlamentarilərin gözünü o qədər bağlayıb ki…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir