“Qarabag savaşında bütün gücümüzlə Azərbaycanın yanında yer almışıq”-Numan Kurtulmuş AKP nümayəndə heyətilə Bakıda-SƏFƏRDƏDİR… – YENİLƏNİB – (1)

Türkiyənin hakim Ədalət və İnkiaf Partiyasının (AK Parti) katibi Numan Kurtulmuş özünün Twitter səhifəsində AKP heyəti olaraq Azərbaycana səfər etdiklərini bildirib.

Etikxeber.az-ın xəbərinə görə, Türkiyənin hakim partiyasının katibi Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şerini və hər iki dövlətin bayraqlarını paylaşaraq, Azərbaycanla Türkiyənin birlik, həmrəylik rəmzini nümayiş etdirib.

Qeyd edək ki, Anadolu xəbər agentliyi N.Kurtulmuşun iyulun 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyini bildirib.

Səfər çərçivəsində N.Kurtulmuş Azərbaycan Parlamentinin sədri Şəhidlər Xiyabanını ziyarət edəcək, Milli Məclisin spikeri Sahibə Qafarova və Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Tahir Budaqovla görüşəcək.

4 günlük səfər proqramında AKP və YAP-ın Türkiyə və Azərbaycanda birlikdə həyata keçirəcəkləri layihələr müzakirə olunacaq.

Səfər çərçivəsində N.Kurtulmuşun rəhbərlik etdiyi heyətin Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədovla və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşü də nəzərdə tutulub.

08:11

***

Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədrinin I müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət edib, gül dəstələri qoyublar.

Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini ehtiramla yad edən nümayəndə heyəti daha sonra Türk şəhidliyini ziyarət edib.

09:15

***

“Qarabag savaşında bütün gücümüzlə Azərbaycanın yanında yer almışıq”.

Bunu jurnalistlərlə söhbətində Numan Kurtulmuş bildirib.

N. Kurtulmuş qeyd edib ki, bu gün Preziident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ azad edilib:

“Pandemiya dövründə AK Partiya və YAP arasında əlaqələr də inkişaf edib. YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da Türkiyə səfər etmişdi. Bu səfər zamanı isə iki xalqın mədəni və digər səviyyələrdə daha da yaxınlaşdırılması ilə bagli müzakirə aparacağıq. Mən bu səfərin iki dövlət və iki partiyanın münasibətləri baxımdan faydalı olmasını arzu edirəm. Türkiyə və Azərbaycanın birgə səyi ilə bu bölgədə sabitlik və inkişafın təmin ediləcəyinə əminəm ”.

Etikxeber.az

Read Previous

Şəhid Cəmil Məmmədlinin Cənnətdəki ilk ad günü-İKİ GÜN SONRA…

Read Next

Eldar Quliyev və Milix Yevdayev “Şərəf” ordeni ilə-TƏLTİF OLUNDU… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir