“Nümayəndələr palatasının qərarı ABŞ-ın həmsədr obyektivliyini də şübhə altına qoyur” – DEPUTAT

ABŞ Konqresinin aşağı palatasının-Nümayəndələr palatasının uydurma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə demək olar ki, 1984-cü ildəkinin təkrarıdır. O zaman ABŞ Senatı və Prezidenti təsdiqləmədiyi üçün qətnamə qanun şəkli almadı, yəni, heç bir təsiri olmayan sənədlər içində itib-batdı.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Qeyd edib ki,  amma onda Türkiyə-ABŞ və Türkiyə-İsrail əlaqələri indiki kimi gərgin deyildi.

“Yəni, indi bu qətnamənin qanuna çevirilməsi təhkükəsi var.

Yəhudi lobbisinin Türkiyəyə yanaşmasını nəzərə alsaq, hər halda onun Senatdan keçməsi mümkün görünür.

Bütün hallarda ABŞ Konqresinin aşağı palatasının atdığı bu addım “Azadlığa dəstək” aktına edilən “907-ci düzəliş” kimi qərəzli və ədalətsizdir.

Eyni zamanda da, Birləşmiş Ştatların Minsk qrupunun həmsədri olaraq obyektivliyini şübhə altına qoyur…”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Məmmədyarov-Klaar müzakirələri… – FOTO

Read Next

“Pisləyir, qərəzli, ədalətsiz hesab edir və qınayırıq…” – QƏNİRƏ PAŞAYEVADAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir