“Nümunəvi ölkəyik…” – PREZİDENT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuperi qəbul etdi.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Azərbaycana bir neçə səfər etdiyini, hər dəfə ölkəmizdə dini dözümlülüyün şahidi olduğunu məmnunluqla qeyd etdi. O, bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə olduğunu vurğulayan ravvin Abraham Kuper ölkəmizdə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində UNESCO və Simon Vizental Mərkəzinin birgə sərgisinin təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Prezident İlham Əliyev sərginin əhəmiyyətini vurğulayaraq, dünya mediasında əsasən mənfi halların yer aldığı bir zamanda dini tolerantlıq, multikulturalizm kimi müsbət dəyərləri diqqət mərkəzinə gətirməyin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı dünyada müharibə və münaqişələrin, etnik və dini gərginliklərin getdikcə artdığı bir dövrdə ölkəmizin əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu qeyd edərək bunun dövlət siyasəti olmasının əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda multikulturalizm siyasətinin sosial sifarişə əsaslandığını diqqətə çatdırdı.

Prezident İlham Əliyev ölkəmizdə mədəniyyətlərarası sülh və dostluğun mövcud olduğunu məmnunluqla qeyd edərək müxtəlif dinlərin və xalqların nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını dedi.

Görüşdə V Bakı Humanitar Forumunun beynəlxalq əməkdaşlığa verdiyi töhfənin önəmi qeyd olundu.

Etikxeber.az

Read Previous

“Mərkəzi Bank bankların fəaliyyətinə mütəmadi olaraq nəzarət edib”- SƏDR MÜAVİNİ

Read Next

“Dövlət borcu haqqında” qanun dəyişdirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir