“Nur üzlüm…19 yaşlı Şəhidim…”-KAMİL HƏMZƏOĞLU ŞƏHİD ELŞƏN KƏRİMOVDAN YAZDI

Şəhidim…

Nur üzlüm…

Bütün Şəhidlər mənə çox əzizdir, çox doğmadır, canımdır, hamısına borcluyuq, şəxsən borcluyam, borcları ödənilməz.

Hamısının ruhlarının, ailələrinin də qarşısında şəxsən baş əyirəm.

Heç birini də bir-birindən fərqləndirmirəm.

Ancaq hər dəfə üç Milli Qəhrəmanı (hər üçü də 1992-ci ildə Şəhid olub və Azərbaycanın ilk Milli Qəhrəmanlardır) və bir “Vətən Müharibəsi Qəhrəmanı” olan Qəhrəman Qızılhacılmın, kəndimizin 19 yaşlı İgidi, Şəhid Kərimov Elşən Rövşən oğlunun şəklini, fotosunu, məsum çöhrəsini görəndə…bu dünyamdan, varımdan-yoxumdan oluram…Göz yaşlarım selə dönür, saatlarla özümə gələ bilmirəm…

Tanıyanlar da bilir ki, bizim kənd (qəsəbə) çox böyükdür, ucu-bucağı yoxdur…

Həm də 31 ildir Bakıda oluram, yaşayıram, ona görə kəndimizdəki yeni nəsli demək olar ki, yaxşı tanımıram…

Elşəni də tanımırdım, bizim evdən uzaqda, kəndin mərkəzində olur(du)lar…

Onun haqqında da yalınız Şəhid olandan sonra, yas mərasimində iştirak edəndə öyrəndim, bildim…

Böyüklü-kiçikli, hamı ondan ancaq xoş sözlərlə, xoş təəssüratlarla danışır(dı)…

Çox səmimi, çox sakit, çox fağır, çox məsum, çox mədəni, çox insanpərvər uşaq imiş…

Kimsənin sözünü yerə salmazmış, hamıya böyük-kiçik demədən hörmətlə yanaşarmış…

Elə yas mərasimində-fotosunu görəndə də bir daha deyilənlərə əmin oldum…

Həm də çöhrəsində bir kədər, qəm-qüssə…

Bəlkə də başına gələcəklərin, yaşayacaqlarının işarəti imiş…Bəlkə də…

İgidimiz, cəsurumuz hərbi xidmətdəymiş və İkinci Vətən Müharibəsi başlayan kimi, döyüşlərdə olub…

Və… Oktyabrda Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid düşüb, Şəhidlik məqamına Ucalıb…

Elşən həm də ailənin yeganə oğul övladı, 7 bacının tək qardaşı idi…

Nə deyim…Allah ermənilərin, onların havadarlarının…bəlasını versin…

Allah acılı ailəsinə, anasına, atasına, bacılarına da səbr versin!

Nur içində yatsın, Şəhid balam, məkanı cənnətlik olsun, məsum, nur üzlü Şəhidimin!

İkinci Vətən Müharibəsinin, Zəfərimizin qəhrəmanlarından olan 19 yaşlı Şəhidimizin ruhu qarşısında bir daha baş əyirəm!

P.S. Şəhidimizin yas mərasimində olarkən xətrini dünyalar qədər çox istədiyim, dəyərli millət vəkili Bəhruz Məhərrəmov mənə zəng etdi…Qeyd edim ki, mərasimdə iştirak edə-edə Şəhidimizin fotosunu və haqqında status paylaşmışdım öz “Facebook” səhifəmdə…Millət vəkilimiz Şəhidimizin atası ilə danışmaq, başsağlığı vermək istədiyini bildirdi və mən də mərasimdən ayrılarkən, deputatımızı Şəhid atası ilə danışdırdım. Bir daha həssas münasibətinə, diqqətcilliyinə görə, Bəhruz bəyə minnətdarlığımı ifadə edirəm.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az


Read Previous

Daha 4124 yeni yoluxma-DAHA 38 NƏFƏR…

Read Next

“Dağıdılmış, erməni vəhşiliyinə məruz qalmış bəzi yerlər, binalar olduğu kimi, saxlanılmalıdır, gələcək nəsillərə çatdırılmalıdır”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir