Nuriyyə Hüseynovadan möhtəşəm gecə: “EŞQ BİR SİRRDİR” – FOTOLAR

Əməkdar artist Ramazan bayramında sevənlərinə “Eşq bir sirrdir”i anlatdı…

ARİF BABAYEV: Bu gecə çox gözəl bir gecədir, əsl sənət, yaradıcılıq gecəsidir…

NURİYYƏ HÜSEYNOVA: Bəzən 5 min, 10 min insanı bir zala, konsertə yığmaq olar, amma o məcburi xarakter daşıdığı üçün, uğurlu alınmaya bilər. Amma bəzən də 5-10 nəfər konsertə, sənət gecəsinə könüllü gələ bilər. Bax, bu, əsl sənət gecəsidir, sənətə əsl münasibətdir…

5 iyun tarixində Heydər Əliyev adına Respublika Sarayında tanınmış xanəndə, gözəl sənətçi, sevilən müğnənni, Əməkdar artist Nuriyyə Hüseynovanın “Eşqbir sirrdir” adlı sənət gecəsi-solo konserti keçirilib.

Etikxeber.az xəbər verir ki, konsert Əməkdar artistə həsr olunmuş qısa filmin nümayişi ilə başlayıb.

Filmdə N. Hüseynovanın öz dilindən onun sənət, yaradıcılıq və həyat yolundan bəhs edilib.

Sonra iki hissədən ibarət olan konsertin birinci hissəsində N.Hüseynovanın ifasında Azərbaycan muğam və təsnifləri, xalq mahnıları səsləndirilib.

Müğənninin ifası dəfələrlə gur alqışlarla müşayiət olunub.

Konsertin ikinci hissəsi Azərbaycan və türk bəstəkarlarının manhılarının, o cümlədən, müğənninin özünün və sənət yolunun davamçısı-qızı Çilənayın bəstələdiyi mahnıların səsləndirilməsindən ibarət olub.

TANINMIŞ SƏNƏTÇİNIN QIZI ÇİLƏNAY XANIM  ANASINI SƏHNƏDƏ TƏK QOYMADI, TAĞI ƏHMƏDOVUN SÖZLƏRİNƏ  BƏSTƏLƏDİYİ İKİ MAHNISINI OXUDU…

Belə ki, ikinci hissənin əvvəlində müğənninin qızı Çilənay sözləri Tağı Əhmədova, bəstəsi isə özünə aid olan iki manhnısını ifa edib və ifası alqışlarla qarşılanıb.

Sonra yenidən səhnəyə qayıdan N. Hüseynova konsert proqarmının-sənət gecəsinin adını verdiyi “Eşq bir sirrdir”  mahnısı ilə ikinci hissəni davam etdirib.

Həmçinin, qeyd edib ki, mahnının sözləri şair Nizami Muradoğluna, bəstəsi isə qızına məxsudur.

“Bu mahnı ifa edildiydi gündən bəyənildi, böyük uğur qazandı. Məhz bu mahnıya görə məni ABŞ-a, Kanadaya, qardaş Türkiyəyə konsertlərə dəvət etdilər. İnanıram ki, bu gecənin qonaqları, izləyiciləri də bu mahnını bəyənəcəklər və bəyəndilər”-deyə, o, əlavə edib.

TAMAŞAÇILAR BAYRAĞIMIZA HƏSR OLUNMUŞ MAHNINI AYAQ ÜSTƏ DİNLƏDİLƏR…

Xanım müğənni sonra “O sənli günlərim”, “Yandım, elə yandım”, “Olmaz, olmaz” “Sil baştan”, “Uzun, ince bir yoldayım” mahnısını və digər manıları ifa edib.

N.Hüseynova konserti dahi Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlının Azərbaycanın üçrəngli bayrağına həsr etdiyi şeirinə yazılan manhı ilə bağlayıb.

Tamaşaçılar bu mahnını ayaq üstə və alqış sədaları altında dinləyiblər.

Qeyd edək ki, konsert proqarmına qatılanlar arasında müğənninin sənət həmkarları da olub.

Onlardan Xalq artistləri Arif Babayevi, Teyyub Aslanı, Möhlət Müslümovu, Əməkdar artistlər Aybəniz Haşımovanı, Gülüstan Əliyevanı, tanınmış saz ifaçısı Solmaz Kosayevanı və digərlərini qeyd etmək olar.

“Çox istedadlı, çox işgüzar, çox gözəl sənətçidir və…”

konsert-5

Korifey, ustan sənətkar, Xalq artisti, professor Arif Babayev söz alaraq, gecə və müğənni haqqında fikirlərini söyləyib:

“Çox gözəl bir gecədir, əsl sənət, yaradıcılıq gecəsidir. Ozü də çox əlamətdar haldır ki, konsert gözəl günlərdən, bayramlardan birinə-Ramazan bayramına təsadüf edir. Bunun özü də yaxşlığa bir əlamətdir. Nuriyyə xanım mənim tələbələrimdən olub. Çox istedadlı, çox işgüzar, çox gözəl sənətçidir. Bir müəllimi, az da olsa, üzərində əməyi olan bir insan kimi deyərdim ki, Nuriyyə xanımın sənəti, uğurları məni sevindirir. Ona növbəti  uğurlar, can sağlığı, xoşbəxtlik arzulayıram”.

“Bəlkə də  ən çox güzəştə gedilən müğənniyəm…”

Müğənni öz növbəsində gecədə iştirak etdiyinə, onun haqqında yüksək sözlərinə görə A. Babayevə, o cümlədən, konsertin baş tutmasına dəstək verdikləri üçün Mədəniyyət Nazirliyinə, mədəniyyət naziri Əbülfəs Qarayevə və Sarayın rəhbərliyinə minnətdarlığını ifadə edib. Həmçinin, gecədə iştirak edən Solmaz Kosayevanı növbəti doğun günü münasibəti ilə təbrik edib.

“Bəlkə də mən burada, bu Sarayda ən çox güzəştə gedilən müğənniyəm. Çünki bu gecəni, bu konserti onların köməyi və dəstəyi ilə ərsəyə gətirdim. Çünki mənim, bu komsertin sponsoru yox idi. Bəzən 5 min, 10 min insanı bir zala, konsertə yığmaq olar, amma o məcburi xarakter daşıdığı üçün, uğurlu alınmaya bilər. Amma bəzən də 5-10 nəfər konsertə, sənət gecəsinə könüllü gələ bilər. Bax, bu, əsl sənət gecəsidir, sənətə əsl münasibətdir. Mən bu mövqedən yanaşıram. Odur ki, mənə, sənətimə dəyər verib, bu gecəyə gələn hər bir kəsə, mənə dəstək olan hər bir insana öz minnətdarlığımı, təşəkkürlərimi bildirirəm”-deyə, N. Hüseynova sonda bildirib.

konsert-2

konsert-3

konsert-4

konsert-6

konsert-7

konsert-8

Xatırladaq ki, N. Hüseynova 1969-cu ildə anadan olub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir.

Əməkdar artist Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında muğam ixtisası üzrə təhsil almışdır.

Asəf Zeynallı adına Musiqi texnikumunda, 8 saylı uşaq musiqi məktəbində dərs demişdir. 1994-cü ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimə kimi çalışır. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.

Nuriyyə Hüseynova ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış edib.

2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində “UNESCO”-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil edib, ansamblın ifasında “UNESCO” tərəfindən kompakt-disk buraxılıb.

O, ansambl ilə birgə 2005-ci ildə Düşənbədə keçirilən “Qəlblərin səsi” festivalında, İstanbul şəhərində “İslam ölkələrinin mədəniyyət həftəsi” çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış edib.

2007-ci ildə Əməkdar Artist fəxri adına layiq görülüb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Məzarıma nə başdaşı qoyun, nə heykəl…” – VAQİF SƏMƏDOĞLU – 80!

Read Next

Buffon “PSJ”-dən ayrıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir