Nurlana Əliyeva Milli Qəhrəmanı universitetə buraxdırmadı…

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov Bakı Slavyan Universitetində (BSU) xoşagəlməz mənzərə ilə rastlaşıb. Belə ki, Milli Qəhrəman universitet rəhbərliyinin göstərişi ilə içəri buraxılmayıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Məhəmməd Həsənov özü Modern.az saytına məlumat  verib.

O, bildirib ki, xoş niyyətlə BSU-ya gedibmiş:

“Neçə illərdir ki, Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləyirəm. İstədim ki, universitetə gəlib uşaqlar üçün maraqlı nümunələr götürüm. Ona görə də vaxtilə təhsil aldığım universitetə baş çəkmək qərarına gəldim. İndiki Bakı Slavyan Universitetinə yollandım. Amma universitetə ayaq basan kimi xoşagəlməz mənzərə ilə rastlaşdım. Mühafizə xidməti universitet rəhbərliyinə məlumat versə də, məni içəri buraxmadılar. ”Qəbul etməyin, çıxıb  getsin” dedilər. Bu mənzərə mənə o qədər pis təsir etdi ki! Bilə-bilə ki, Milli Qəhrəmanam, bu universtitetin məzunu olmuşam,  mənimlə  insafsızcasına rəftar etdilər”.

M.Həsənov universitetlə bağlı təhsil naziri Mikayıl Cabbarova şikayət edəcəyini istina etməyib:

“Bir neçə il bundan qabaq universitet tərəfindən bir kitab nəşr olunmuşdu. Kitabın bir hissəsi  mənim Milli Qəhrəmanlığımdan bəhs edir. O kitabı gətirib özlərinə qaytaracam. Bir universitet ki, öz Milli Qəhrəmanına bu cür hörmət edir, ona nə deyə bilərəm ki!.  Amma bu məsələni bu cür də qoymayacam. Dəfələrlə təhsil naziri Mikayıl Cabbarovla görüşümüz olub. Məhz bu cür kobud münasibətə görə, universitetlə bağlı  Mikayıl Cabbarova şikayət edəcəm”.

Etikxeber.az olaraq xatırladırıq ki, BSU-nun yeni rektoru Nurlana Əliyeva həm də hakim Yeni Azərbaycan Partiyasının (YAP) ən üst qurumu olan İdarə Heyətinin üzvü, eləcədə Qadınlar Şurasının sədridir.

 

memmedhesenov_702 (1)

Etikxeber.az

Read Previous

Vergilər Nazirliyi və ABA banklara verilən möhlətlə bağlı birgə bəyanat yaydı

Read Next

Yeni müavini həm də yaxın dostu və tələbə yoldaşı imiş…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir