Nurlana Əliyeva və Seymur Orucov-KİMLƏRLƏ ƏVƏZLƏNƏCƏK?

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası və Gənclər Birliyi yenidən formalaşdırılacaq.

Hər iki strukturun tərkibinin dəyişdirilməsi, yeni rəhbər şəxslərin və üzvlərin seçilməsi gözlənilir.

Etikxeber.az-ın xəbərinə görə, YAP-ın dünənki-5 mart tarixli qurultayında genişləndirilən İdarə Heyəti, yeni yaradılan Veteranlar Şurası və Mərkəzi Aparat, o cümlədən, Mərkəzi Nəzarət-Təftiş Komisiyasının tərkibi formalaşdırılsa da, adıçəkilən qurumların yenidən formalaşdırılması qurultaydan sonraya saxlanılıb.

Qeyd edək ki, son qurultayacan Qadınlar Şurasının ali orqanı olan İdarə Heyətində 22 YAP-çı xanım təmsil olunub.

Şuraya isə Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva rəhbərlik edir.

Onu da qeyd edək ki, son qurultaya kimi, YAP İdarə Heyətinin və partiyanın Siyasi Şurasının üzvü olan Nurlana Əliyeva yenidən İdarə Heyətinə seçilməyib, o, sadəcə, yeni yaradılan Veteranlar Şurasında təmsil olunub.

Bu baxımdan, onun başqa nüfuzlu YAP-çı xanımla əvəzlənməsi gözlənilir.

Bu posta isə YAP İdarə Heyətinə yenidən üzv seçilən Bahar Muradova daha çox şanlı və real görünür.

Amma başqa şəxsin də YAP Qadınlar Şurasının yeni sədri seçilməsi mümkündür.

YAP Qadınlar Şurasının İdarə Heyətində təmsil olunan xanımlar bunlardır:

  1. Əliyeva Mehriban Arif qızı – Azərbaycanın Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini
  2. Abasquliyeva Mehriban Adil qızı – Yeni Azərbaycan Partiyası Sabunçu rayon  təşkilatının sədri
  3. Abbaszadə Məleykə Mehdi qızı – Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri
  4. Əliyeva Nurlana Müzəffər qızı – Yeni Azərbaycan Partiyası İdarə Heyətinin  üzvü, Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri
  5. Əliyeva Rəna Qurban qızı – Azərbaycan Tibb  Universitetinin Uşaq Stomatologiyası kafedrasının müdiri, professor
  6. Fətəliyeva  Sevinc Həbib qızı – Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri,  YAP Qadınlar Şurasının sədr müavini
  7. Heydərova Ruhəngiz Muxtar qızı – SEBA (Seul-Bakı) Azərbaycan – Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri
  8. Hüseynova Hicran Kamran qızı – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
  9. Hüseynova İradə Mehtiqulu qızı – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, BDU-da kafedra müdiri, professor
  10. Hüseynova Sevinc Əmirəhməd qızı – Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini
  11. İbrahimqızı Məlahət İbrahim qızı – Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri
  12. İbrahimova Məhəbbət Eyvazəli qızı – Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri
  13. Qəhrəmanova Sədaqət Məmmədyar qızı – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
  14. Quliyeva Zərifə Rzaqulu qızı – Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gözəllik Mərkəzinin  direktoru 
  15. Məmmədova Gülçöhrə Hüseyn qızı – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
  16. Muradova Bahar Əvəz qızı – Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Poblemləri  üzrə Dövlət komitəsinin sədri
  17. Naxçıvanlı Aqiyə Həbib qızı – Milli Məclisin deputatı 
  18. Seyidbəyova  Leyla Fərrux qızı – həkim
  19. Seyidova Ramilə Mirabbas qızı – Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
  20. Seyidzadə Dilarə Bağır qızı – təqaüdçü
  21. Sofiyeva Aynur Məmmədiyyə qızı – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
  22. Vəliyeva Sədaqət Süleyman qızı – Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon  təşkilatının sədri.

YAP Qadınlar Şurasının Şura üzvləri isə hələlik 54 nəfərdən ibarətdir.

Eyni zamanda, 10 ildir YAP Gənclər Birliyinə sədrlik edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun və onun müavinlərinin başqa şəxslərlə əvəzlənməsi, Birliyin İdarə Heyəti və Şurasının tərkibinin, rəhbərliyinin bütövlükdə dəyişdirilməsi gözlənilir.

Xatırladaq ki, son qurultaya kimi, YAP Siyasi Şurasının üzvü olan S. Orucov bu dəfə heç bir quruma üzv seçilməyib.

Onun müavinlərindən isə yalnız millət vəkili Ramin Məmmədov YAP İdarə Heyətinin yeni üzvü seçilib.

S. Orucovun yerinə bir çox YAP-çı gəncin adı hallansa da, bu posta kimin seçiləcəyi hələlik dəqiq bilinmir və açıqlanmır.

YAP Gənclər Birliyinin İdarə Heyətinin 15 nəfərdən ibarət olan üzvləri bunlardır:

Orucov Seymur Vaqif oğlu – sədr
Əliyeva Aytac Pərviz qızı – sədr müavini
Quliyeva Samirə Orucqulu qızı – sədr müavini
Məmmədov Ramin Ələmşah oğlu – sədr müavini
Pənahov Əli Dünyamalı oğlu – sədr müavini
Abışova Aynurə Eyvaz qızı
Babanlı Yusif Məmməd oğlu
Cabbarov Azad Vaqif oğlu
Daşdəmirov Həsən Daşdəmir oğlu
Dünyamalıyev Fərid Qalib oğlu
Fərəcov Rəşad Dövlət oğlu
Məmmədov İsrafil Rəfi oğlu
Məmmədzadə Babək Məhəmməd oğlu
Nəbiyev Bəxtiyar Eyvaz oğlu
Yusubov Ramiz Nurəddin oğlu

YAP Gənclər Birliyinin Şurası isə 62 üzvdən ibarətdir.

Etikxeber.az

Read Previous

“Arəstə xanım kimi vətəncanlı hərbi tibb qulluqçusuları ilə hər zaman qürur duyacağıq!”-MM-İN KOMİTƏ SƏDRİ ŞƏHİD ANASI İLƏ GÖRÜŞDÜ…

Read Next

Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı-“ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF OLUNDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir