“Nyukasl Yunayted” Koutinyonu transfer-EDƏ BİLƏR…

Müqaviləsi “Barselona” klubuna məxsus olan və hazırda “Bavariya”da çıxış edən braziliyalı Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər.

Etikxeber.az xəbər verir ki, bu haqda “Daily Express” qəzeti xəbər yayıb.

Belə ki, İngiltərənin “Nyukasl Yunayted” Koutinyonun xidmətində maraqlıdır. Mənbənin bildirdiyinə görə, artıq tərəflər arasında danışıqlar başlayıb.

“Nyukasl Yunayted” klubunun potensial sahiblərinin transfer siyahısının ilk sıralarında braziliyalı futbolçunun adı var.

Nyukasl təmsilçisinin sahibi Mayk Eşlinin 300 milyon funt qarşılığında klubu Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salmana məxsus fonda satmağa razılıq verdiyi bildirilir. Satış hələlik Premyer Liqa rəhbərliyi tərəfindən təsdiqlənməyib.

“Bavariya” klubunda icarə əsasında çıxış edən F.Koutinyo cari mövsümdə 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Etikxeber.az

Read Previous

Nazirlər də, icra başçıları da… vəzifəyə başlayarkən, “Quran”a and içsinlər, “Quran”a əl bassınlar…-SABİQ DEPUTATDAN TƏKLİF-YAZI

Read Next

“Yadıma gәlir ölümlә çarpışmağı o maşının…”-NƏBİ XƏZRİNİN OĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir