Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İstanbulun “Qalatasaray” komandası İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Stiven Nzonzini bir illik icarəyə götürüb.
Etikxeber.az xəbər verir ki, iki klub arasında imzalanan müqaviləyə əsasən “Cim-bom” birillik icarə müddətini gələn ilin yayında daha bir il uzatmaq hüququna malik olacaq.
Futbolçunun illik maaşı üç milyon avro təşkil edəcək. “Qalatasaray” mövsümün sonunda 16 milyon avro ödəyərək otuz yaşlı futbolçunun transfer hüququna sahib ola bilər.
“Roma” Fransa millisinin üzvünü 2018-ci ildə “Sevilya”dan transfer edib.
Qeyd edək ki, futbolçu ötən mövsüm “Roma”da keçirdiyi 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.
Eyni zamanda, “Roma” klubu Türkiyənin “Gənclərbirliyi” komandasının futbolçusu Mert Çetini heyətinə cəlb edib.
İtalyanlar 22 yaşlı müdafiəçi üçün Ankara təmsilçisinə 3 milyon avro ödəyib. Futbolçu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
Anlaşmaya əsasən, oyunçu 5 milyon avrodan çox məbləğə satılacağı təqdirdə vəsaitin 10 faizi Türkiyə klubuna ödəniləcək.
Qeyd edək ki, M.Çetin 2017-ci ildən “Gənclərbirliyi”nin formasını geyinir.
“Roma”da digər türkiyəli futbolçu Cengiz Ünder də çıxış edir.
Etikxeber.az