“O, bizim yaddaşımızda ilk şəhid baş nazir kimi qalıb”-GƏNC VƏ İCTİMAİL FƏAL KƏNAN HƏMZƏOĞLU YAZDI

Dünən görkəmli dövlət xadimi, Azərbaycan Cumhuriyyətinin qurucularından biri Fətəli xan Xoyski haqqında bir xəbər başlığı ilə rastlaşdım.

Həmin başlıq belə idi: “Rəhbərliyi dövründə İrəvanı əldən verən, neftlə bağlı qanunsuz əməllərə görə istefaya gedən, küçədə güllələnən Baş nazirimiz”.

Əvvəla qeyd edim ki, İrəvanı Xoyski əldən verməyib. Bu, Milli Şuranın qərarı idi.

Həmin vaxt Azərbaycan parlamenti mövcud olmadığı üçün qanunverici orqan Milli Şura idi.

Xoyski isə icraedici orqanın – hökumətin başçısı idi.

Neftlə bağlı məsələyə gəlincə, yazının müəllifi özü qeyd edir ki, o məsələ ilə əlaqədar qanunsuz əməllərdə Xoyskinin yox, hökumətin bəzi nümayəndələrinin əli olub.

Sonda onun qətli ilə bağlı məsələyə toxunmaq istəyirəm.

Bildiyiniz kimi, onu Tiflisdə küçənin ortasında qətlə yetirənlər “Daşnaksütun” partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idi.

Fətəli xan Xoyski ermənilər üçün küçədə öldürdükləri azərbaycanlı nazir kimi yadda qalıb

.Yazı başlığınızdan görünən odur ki, sizin yaddaşınızda da o “küçədə güllələnən” biri kimi qalıb.

Bizim yaddaşımızda isə ilk şəhid baş nazir kimi.

Mən həmin yazını verən saytın rəhbərliyinə buradan səslənirəm və tövsiyə edirəm ki, reytinq xatirinə belə başlıqlar atan əməkdaşlarınız haqqında ciddi tədbirlər görəsiniz.

Əks təqdirdə, cəmiyyətin qəzəbini qazanacaqsınız və reytinqiniz heç olmadığı qədər aşağı düşəcək.

Kənan HƏMZƏOĞLU,

Gənc və ictimai fəal, “Tarix Klubu”nun rəhbəri

Etikxeber.az

Read Previous

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində sərtləşdirilmiş iki həftəlik xüsusi karantin rejimi-BAŞLADI

Read Next

“Seçicilərimin problemlərini qaldırmağa, ictimailəşdirməyə heç kim mane ola bilməz”-MİLLƏT VƏKİLİNDƏN YENİ ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir