Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlamentdə “Keşikçidağ” müzakirəsi
Azərbaycan üçün də Tiflisdəki, Borçalıdakı tarixi abidələr əzizdir.
Etikxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkili bildirib ki, Azərbaycan həmişə həssas davranır.
“Azərbaycan Gürcüstanla münasibətlərə həmişə həssas yanaşır, ancaq ərazi bütövlüyü daha əzizdir. Həmin abidə də hər zaman Azərbaycana məxsus olub, ərazimizdə yerləşib. İnsanlarımız da həmin abidəyə Keşikçidağ tarixi mədəniyyət abidəsi deməlidir, David Qareci kilsəsi deyil”-deyə, o, sözlərinə əlavə edib.
Millət vəkili Nəsib Məhməliyev Keşikçidağla bağlı səslənən iddiaları qəbuledilməz sayıb:
“Biz gəlmə, köçəri xalq deyilik. Bu torpaqların əzəli və qanuni sahibləriyik. Eyni zamanda, bu polemikalar səngiməli, komissiyalar intensiv fəaliyyət göstərməlidir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az