“O, doğrudur ki, yoldaşınızla tanış olduğunuz günün ildönümü münasibəti ilə ona 17 ədəd qızılgül bağışlayırsız?” – Gənc tələbədən deputata

“Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tədbirdə idim. Tədbirdən əvvəl dəhlizdə mənə bir gənc oğlan yaxınlaşdı ( magistr ya müəllim olduğunu bilmədim). Məndən soruşdu ki, “Aydın müəllim, o, doğrudur ki, siz hər il 27 mayda, yoldaşınızla tanış olduğunuz günün ildönümü münasibəti ilə ona 17 ədəd qızılgül bağışlayırsınız ?”

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.

“Cavabım “bəli” oldu.

Sevindim ki, gənc mənim fəaliyyətimdə digər məqamları deyil, məhz ailəyə münasibət məsələsini diqqətdə saxlayıb.

Sənə, cavan oğlan və bütün gənclərimizə möhkəm və xoşbəxt ailə arzulayıram…”-deyə, millət vəkili sonra yazıb.

Etikxeber.az

Read Previous

Azərbaycan baş verən yanğınla əlaqədar İrana öz köməyini təklif edib – SƏFİR

Read Next

“İkinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik” – PREZİDENT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir