“O dövr də gərək unudulmasın ki…” – RAFAEL HÜSEYNOV

HƏR KƏNDİN ÖZ SƏSİ

Həqiqəti gərəyincə görüb dəyərləndirə bilməyin ən qısa yolu müqayisədir.

Tutuşdurun, baxın 15-20 il əvvəlin Hacıqabuluna, ötən əsrin sonlarının və bugünün Aszərbaycanına, görün qısa müddətdə haradan hara gəlib yetişmişik.

Bunu mən hər görüşdə deyirəm və fevralın 6-da səhər Hacıqabulun Atbulaq və Qızılburun kənd sakinləri ilə görüşümün əvvəlində bir daha bunu təkrar etdim.
Və təkrara da ehtiyac var! Çünki anlayan anlayır, bilən bilir, haqq itirməyən, şükür etməyi bacaran, içərisində yaxşını qiymətləndirmək nəcibliyi olanlar, onsuz da, deməsən də, hər şeyi yaxşı görür də, bilir də.

Amma olmuşları kifayət qədər qiymətləndirməyi ya bacarmayanlar, ya istəməyənlər də olur.O səbəbdən hər dəfə bu sadə həqiqəti təkrarlamağa ehtiyac yaranır ki, müqayisə edin. İndi Atbulağın da, Qızılburunun da, ümumən Hacıqabulun ən yaxın və ən ucqar kəndinin də hər bir evində mavi yanacaq var. Lakin 2005-2010-cu illərdə Hacıqabulun dörddə üçü qaz həsrətində idi.

Bu sıxıntı artıq tarixdir, sanki heç qazsızlıq günləri də yada düşmür. Lakin o dövr də gərək unudulmasın ki, görülmüş nəhəng işlərin qiymətini layiqincə verəsən.
Suvarma suyundan söz açırlar və Pirsaat massivindəki Suvarma kanalını ilə bağlı təfərrüatları onlarla da bölüşürəm, həmin kanal inşa edilib bitəndən sonra elə qaz məsələsi kimi bu müşkülün də az sonra tamam unudulacağını, xatirəyə çevriləcəyini söyləyirəm.

Hər kəndin öz qayğıları, öz çətinlikləri, öz sevincləri, öz ağrıları var. Təbii, bu görüşə gələnlər atbulaqlıların, qızılburunluların kiçik bir dəstəsidir. Fəqət onlar hər iki kəndin səsini, sözünü çatdıra, ən ümdə istəklərini ifadə edə bilirlər…

Bir neçə nəfər Atbulaq məktəbin isitmə sisteminin olmamasından gileylənir. Əlbəttə, gərək ola! İndi bu il qış nisbətən mülayimdir. Amma qışdan qışa, payızdan payıza təfavüt var axı. Soyuqdan büzüşə-büzüşə necə dərs demək, necə dərs oxumaq olar.

Hər bu cür həssas məsələ ilə bağlı məktublarım və zənglərim elə növbəti həftə uyğun ünvanlara yönələcək.

Rafael HÜSEYNOV,

Millət vəkili, Deputatlığa namizəd

Etikxeber.az

Read Previous

Aqüero yanvar ayının ən yaxşı futbolçusu-SEÇİLDİ…

Read Next

Jalə Əliyevadan güllə kimi-SÖZLƏR – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir