“O gün hec vaxt yadımdan çıxmaz, dedim ki, Adəm, ölüm ayağının altında, canım sənə fəda olsun bala…”-ŞƏHİD ADƏM ƏLİYEVİN ANASI AKİFƏ ƏLİYEVA – FOTOLAR

Adəm İlqar oğlu Əliyev…

19 noyabr 2000-ci il təvəllüdlü…

İkinci Vətən Müharibəsinin daha bir iştirakçısı, daha bir Qəhrəmanı, daha bir İgidi və daha bir Şəhidi…

Qarabağın, Vətən torpaqlarının düşməndən, işğaldan azad olunması uğrunda gözünü qırpmadan özünü odlara atan, özünü fəda edən Vətən sevdalısı…

Zəfərimizə, düşmən üzərində tarixi Qələbəmizə görə, ruhuna, xatirəsinə minnətdarlıq borcumuz olan Vətən övlavdlarından biri…

Adəm Ağdamın Qələbəyə qədər artıq bizdə olan Üçoğlan kəndində anadan olub, sonradan ailəsi blirlikdə Kürdəmirə köçüblər…

Ailədə iki uşaq-iki qardaş olublar…

Uşaq yaşlarından da anaları Akifə xanım onları təkbaşına, minbir əzab-əziyyətlə böyüdüb boya-başa çatdırıb…

Orta məktəbi qurtardıqdan sonra-2018 ci ilin yanvarın 1-də Bakıdakı Əczaçılıq kursuna yazılıb, bir il sonra-həmin gün kursu bitirib…

Kursu bitirdikdən 6 gün sonra-2019-cu ilin 7 yanvar tarixində isə əsgərliyə, hərbi xidmətə yollanıb, 3 ay Gəncədə “N” saylı hərbi hissədə olub…

2019-cu ilin aprel ayında da Daşkəsən rayonunun Xoşbulaq kəndində, ön cəhbədə-xətdə yerləşən hərbi hissədə, “Gedər-Gəlməz” postunda qulluq edib….

2020-ci ilin 23 iyul tarixində hərbi xidmətini başa vurub, evinə, ailəsinə dönüb…

Cəmi bir neçə gün sonra-Orduda qalmaq ücün etdiyi müraciəti qəbul olunduğuna görə, yəni, 2020-ci ilin avqustun ayının 12-də yendən Daşkəsən rayonuna, Xoşbulaq kəndinə, “N” saylı hərbi hissəyə -“Gedər-Gəlməz” postuna qayıdıb və bu dəfə artıq MAXE kimi, işə, xidmətə başlayıb…

Orduya gedən gündən də mütəmadi-güclü təlimlərə başlayıblar…

Sebtyabrın 27-də, İkinci Qarabag Müharibəsi başlayan günü isə onları Kəlbəcər istiqamətində döyüşə yollayıblar…

Ağır döyüşlərdən sonra həmin istiqamətdə düşmənin əlində olan 5-6 postu alıblar…

Sentyabrın 28-i axşam saatlarında isə ağır döyüşlər zamanı Adəm qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb və ailəsinə Şəhid olması xəbərı gəlib…

Anası Akifə xanımın dediklərindən:

“Adəm xaraktercə cox güclü, fədakar, istiqanlı uşaq idi… Uşaq vaxtı tez-tez xəstələnərdi… Bir dəfə, o zaman 4 yaşı vardı, kirayə qaldığımız evin həyətində 2 metrlik lili su quyusuna düşmüşdü, daha doğrusu, qonşunun uşağı itələyib qaçmışdı… Adəm 4 yaşı olmasına baxmayaraq, özü pilləkənləri tapıb çıxmışdı…O vaxt kirayə qaldığımız ev sahibi demişdi ki, “bala, daha sənə ölüm yoxdur”.

Mən bu sözə o qədər inanmışdım ki (Gözləri dolur)…Heç vaxt ağlıma da gəlməzdi körpəmin ÖMRÜ BELƏ YARIM QALAR…”

Akifə xanımın dediyinə görə, Adəmin çoxlu-gözəl arzuları, xəyalları olub:

“Adəmin elə gözəl arzuları vardı ki…Bir deyil, iki deyil…7 yaşından mən onları təkbaşına saxlamışam, minbir əziyyətlə böyütmüşəm…Ağılları kəsən gündən də əziyyət çəkiblər iki qardaş. Adəm 15 yaşından səhər məktəbə gedib, dərsdən gələndən sonra isə mənə komək olsun deyə işləyib… Özü də kənd həyatını cox sevərdi…Deyərdi ki, baytar həkimi olacağam, mən də gülüb deyərdim ki, yaxşı görək…

2016-ci ilin Aprel döyüşlərində Kürdəmirimizin İgid oğullarından biri Abubəkirin Səhid olması ona cox təsir etmişdi…Bir gün dedi ki, mama, Abubəkirə şeir yazmışam… Oxuduqca, mən də ona cox təəccüblə baxırdım… Körpəmin ürəyindəki bu dərəcədə Vətən sevgisi məni təəccübləndirmişdi…

Sonra elə hey eşidirdim ki, Adəm rep deyir… Saçı “çeçenka” oldu, geyimi dəyişdi… Düzünü deyim ki, acığım tuturdu ona hərdən…Deyirdim ki, bala, hamı sənin geyimindən, saçından danışır… O dəqiqa məni qucaqlayıb deyirdi ki, mama, darıxma, bir gün də mənim necə məşhur olacağımdan danışacaqlar…O, pepi nəzərdə tuturdu… Amma… Oğlum, belə məşhur oldu-Şəhid kimi (Gözləri dolur)…

Hə, onu da deyim ki, 2016-cı ildə dostu Əvəz əsgər getmişdi və onun üçün rep yazmışdı….Bakıya gedib, studiyada yazdırıb oxumuşdu…Nə yaxşı ki, mən onun arzusuna qarşı çıxmadım, həmişə arxasında durdum…”

Daha sonra “Sentyabrın 25-də Adımlə görüntülü danışdıq… Sentyabrın 26-da isə yazdı ki, mama, yuxarı qalxırıq, narahat olma, imkan olanda, zəng edəcəm”-deyə, bildirən Şəhid anası həmçinin, bunları sözlərinə əlavə edir:

“27-si müharibə başladı, yenə məni aldatdı, dedi ki, mama, narahat olma, burada hec nə yoxdur, həm də öz yerimizdəyəm, sən özündən muğayat ol, bilim ki, sən yaxşısan, imkan olan kimi, yığacam sənə… Tez sağollaşdı ki, o biri uşaqlar da ailələri ilə danışacaq…Elə arxayın etdi ki, sən demə, həmin vaxt artıq Kəlbəcər istiqamətindəymişlər…

Adəmlə danışıb otağımıza qayıdanda iş yoldaşım dedi ki, Allah amandır, uşaqları bizlə danışdırıb harasa apararlar…Həmin an mənim ürəyimə daş asıldı sanki… Evə gədim…Axşam tərəfi saat 5-6 olardı, mənə darıxma gəlmışdi…O biri oğlum Arif elə hey deyirdi ki, “mama, sakitləş”…Saat 8 olardı, zəng gəldı, sanki dünya uçdu, altında qaldım həmin günü…Adəm də həmin günü zəng eləmədi…

28-i günü işdə idim, iş yoldaşlarımın da uşaqları hərbiçiydi, hamımızın əli Göydə, Allahdaydı ki, bir xəbər çıxsın uşaqlardan…Əvvəl onlar, sonra Adəm zəng vurdu…Tez çıxdım otaqdan çölə…O gün hec vaxt yadımdan çıxmaz, dedim ki, Adəm, ölüm ayağının altında, canım sənə fəda olsun bala… Elə ayın 28-də də balam Şəhid oldu…Adəmim arzusuna çatdı, Vətən uğrunda Şəhid oldu…”

Şəhidliyindən bir gün sonra-senyabrın 29-da isə Şəhidimiz Kürdəmirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən sonra Şəhidimiz 3 medalla- “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqqını da qanı, canı ilə qazanıb Vətən sevdalımız-Adəm Əliyev…

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Ruhu qarşısında ehtiramla baş əyirəm!

Allah ailəsinə-anası və qardaşına bu ağır yükü, bu acını daşımaq, çəkmək üçün qüvvət və səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in iclası-SPİKERDƏN TÜRKİYƏYƏ NÖVBƏTİ DƏSTƏK, FAZİL MUSTAFA BAKI BƏLƏDİYYƏSİNİN YARADILMASINI TƏKLİF ETDİ, MSK-NIN YENİ ÜZVLƏRİ SEÇİLDİ, MM-DƏ İƏTPA-NIN BİR ŞÖBƏSİ YARADILACAQ – YENİLƏNİB – (5)

Read Next

“Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək…Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək…”- İLHAM ƏLİYEV FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir