“O, hərtərəfli oyunçudur” – ANÇELOTTİ LOZANO HAQDA

“Napoli” artıq Hollandiyanın “PSV Eyndhoven” klubunun 24 yaşlı meksikalı hücumçusu İrvinq Lozanonu 40 milyon avro qarşılığında transfer edib.

Etikxeber.az xarici mediaya istinadla xəbər verir ki, “Napoli”nin baş məşqçisi Karlo Ançelotti futbolçu haqqında bunları söyləyib:

“Lozano sol cinahda, hücumun arxasında, bəzən isə sol cinahda oynaya bilər. O, hərtərəfli oyunçudur”.

İ.Lozano Hollandiya çempionatının 2017-2018-ci il mövsümündə “PSV Eyndhoven”in əzəli rəqibi “Ayak”sın məğlub olmasında böyük rola malikdir.

Bildirilir ki, Meksika millisinin formasını 35 dəfə geyinən futbolçu Rusiyada keçirilən futbol üzrə 2018-ci il Dünya Çempionatının qrup mərhələsində Almaniya komandasının qapısına vurulmuş yeganə qolun müəllifidir.

Etikxeber.az

Read Previous

Mehriban Əliyevanın yubiley doğum günüdür – BU GÜN

Read Next

“O, Mehriban Əliyevadır…” – HÜSEYNBALA MİRƏLƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir