“O insanların adları bütün Azərbaycanda məşhur idi…”-RAFAEL HÜSEYNOV

O insanların adları bütün Azərbaycanda məşhur idi.
Bəsti Bağırova, Şamama Həsənova, Qızqayıt Həsənova, Sevil Qazıyeva zahirən sadə Azərbaycan qadınları idi. Lakin əməkləri onlara ad-san, şöhrət gətirmişdi, onlar qəhrəmanlara çevrilmişdilər.
Onlar və onlar kimi yüzlərlə başqa insana!
Belələri haqqında şeirlər, hekayələr, nəğmələr yazılrdı, dastanlar qoşulurdu.
Bu gedişat bizim də onillər boty bir parçası olduğumuz Sovet İttifaqının ictimai gerçəkliyinin ayrılmaz parçası idi.
Sovet gedər-gəlməzə getdi, istiqlal əldə etdik və artıq yeni dövrdə qazanılmış müstəqilliyimizin 25 yaşını başa vurub, bu xoşbəxt yolun 26-cı ilinə qədəm basmışıq. Arzumuz, məramımız da budur ki, istiqlalımız əbədiyyət boyu davam etsin. Lakin istiqlalımızı daha möhkəm, daha sarsılmaz etməkçün gərək dünənin yaxşı işlərindən, öyrənməli ənənələrindən də ibrət götürək. Əgər ölkəmizin daha parlaq gələcəyinin quruculuğu ilə qəlbən məşğuluqsa, gərək bu yolda fədakar insanlarımız, qəhrəman təbiətli vətəndaşlarımız çox ola. Qəhrəmanlarsa yalnız döyüş cəbhələrində olmur.
Biz insanlarınızın əmək cəbhələrində də qəhrəmanlara çevrilməsinin bir axına dönməsindən ötrü lazımdır ki, onları xalqa bütün üstünlükləri ilə tanıdaq. Bu qəbil yurddaşlarımızı şöhrətləndirə, şərəfləndirə bilək. Həm də yalnız hansısa təltif nişanları ilə yox.
Əməyin romantikasını yaradan filmlərə, bədii əsərlərə bu gün də ehtiyac var. Əməyi və onun qəhrəmanlarını tərənnüm edən nəğmələri də yeni dövrün özü umur. Amma könül elə şeirlər, elə nəğmələr, elə əsərlər istəyir ki, keçmişdə yaranmış, amma yazıldığı vaxtdan 60-70 il sonra da təravətli qalan, sevilən əsərlər kimi gözəl sənət nümunəsi ola bilsinlər!

Rafael Hüseynov,

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik

Read Previous

Bakı-Sumqayıt-Bakı qatarları Biləcəri və Xırdalan stansiyalarında da dayanacaq

Read Next

Ölmüş şəxsin imzası saxtalaşdırılaraq onun adına olan mənzil satılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir