“O uşaqların ki, onlarsız dünyanı təsəvvür belə etmək mümükün deyil…”-MİLLƏT VƏKİLLƏRİ UŞAQLAR GÜNÜNDƏN DANIŞDILAR

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. O uşaqların ki, onlarsız dünyanı təsəvvür belə etmək mümükün deyilu

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sevinc Hüseynova deyib.

“Ən saf, ən dəyərli,ən gözəl varlıqlar olan uşaqlar bizim bu günümüz, gələcəyimiz və həyatımıza anlam verən varlıqlardırlar. O varlıqlar ki, kiçicik 1 şeylə belə böyük xoşbəxtlik duya bilirlər. Bu xoşbəxtliyi onlara yaşatmaq isə bizlərin vəzifə borcudur. Dünyanı dünya boyda sevgiyə, sevincə bürüyən dəyərli varlıqlarımız, bayramınız mübarək!”-deyə, o, əlavə edib.

Millət vəkili Azər Badamov da parlamentin plenar iclasında dünya və Azərbaycan uşaqlarını 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.

“Uşaqlar bizim sabahımız, gələcəyimizdir. Biz uşaqlarımızı qorumalıyıq, onların bütün hüquqlarını təmin etməliyik”-deyə, millət vəkili sonra bildirib.

O, eyni zamanda əlavə edib ki, Azərbaycan dövləti və dövlət rəhbərliyi uşaqların hüquqlarının qorunması, təmin edilməsi məsələsində üzərinə düşən bütün vəzifələri yerinə yetirib, bütün addımları atıb və atır.

“Uşaqlara qayğı, onların sağlam böyüməsi, yüksək təhsil, təlim-tərbiyə alaraq layiqli vətəndaş kimi yetişdirilməsi hər bir cəmiyyətin başlıca vəzifələrindən biridir. Dövlətin iqtisadi siyasətinin sosialyönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının, o cümlədən, uşaqlarımızın sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsidir. Mən də bütün balalarımızı təbrik edirəm! Onlara sevgi və sevinc dolu həyat arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın!”

Bunu isə millət vəkili Fatma Yıldırım bildirib.

“Bu tarix bütün dünyada uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd edilir. Əsas məqsədi dünya ictimaiyyətinin diqqətini uşaqların müharibə təhlükəsindən qorunmasına, sağlamlıqlarının mühafizəsinə, onların təhsil və tərbiyəsinin demokratik ənənələr əsasında qurulmasına yönəltməkdə olan bu əlamətdar tarixidir”.

Bunu öz növbəsində millət vəkili İltizam Yusifov deyib.

“1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü – uşaq bayramı kimi də adlanır. Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Hər bir uşağın fiziki-mənəvi inkişafı, gələcəkdə layiqli vətəndaş kimi formalaşması, eyni zamanda müvafiq kateqoriyalardan olan uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.Bu gün uşaqları beynəlxalq müdafiə günü münasibətilə təbrik edirəm. Yer kürəsində qoy həmişə sülh olsun. Usaqlar güllə səsi ilə qorxu altında yox, səadət dolu firavan həyat yaşasınlar. Bütün uşaqlara xoşbəxtlik və atalı anali böyüməsini arzulayıram”-deyə, millət vəkili qeyd edib.

“1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb”.

Bu fikirlər digər millət vəkili Əminə Ağazadəyə məxsusdur.


“Dünyanın əksər ölkələrində olduğu kimi, 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Azərbaycan Respublikasında da qeyd edilir. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulub. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə “Uşaq hüquqları” haqqında Qanun qəbul edilib. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur”-deyə, millət vəkili daha sonra bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ən təsirli uşaq şəkillərindən biri, bəlkə də ən təsirlisi…-RAMİN MƏMMƏDOV YAZDI

Read Next

Sosial şəbəkələr növbəti dəfə deputatların və parlamentin-GÜNDƏMİNDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir