Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
O, övladların fiziki və mənəvi sağlamlığı, təhsili, təlimi, tərbiyəsi, işi-peşəsi, ev-eşik sahibi olması qayğısına qalan doğma Anadır.
O, ailə dəyərlərini göz bəbəyi kimi qoruyan, bu mənəvi əmanəti gələcək nəsillərə daha da inkişaf etdirərək ötürmək üçün min bir zəhmətə qatlaşan fədakar İnsandır.
O, Şərqlə Qərb mədəniyyətinin qovşağında, sivilizasiyalararası dialoq, tolerantlıq, multikultiralizm kimi ali dəyərlər işığında, mədəniyyət diplomatiyası müstəvisində dünyaya mükəmməl bir Azərbaycan təqdim edən Vətən övladıdır.
O, Mehriban Əliyevadır; Adı da əməlləri kimi şərəfli, Azərbaycan qadını!
Bu gün ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban xanımı səmimi qəlbdən təbrik edir, Ona cansağlığı, səadət, Azərbaycan xalqının rifahı naminə geniş və məsuliyyətli fəaliyyətində uğurların davamlı olmasını arzulayırıq!
Hüseynbala MİRƏLƏMOV,
Millət vəkili
Etikxeber.az