“O, möhkəm oğlandır…”- TRAMP – ABŞ PREZİDENTİ ƏRDOĞANLA YENƏ İDLİBİ MÜZAKİRƏ ETDİ…

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Etikxeber.az xarici mediaya xəbər verir ki, danışıq müddətində Tramp Ərdoğanla İdlibdəki vəziyyəti müzakirə edib.

“Prezident Ərdoğanla çox yaxşı söhbətimiz alındı. O, möhkəm oğlandır, ancaq bizim yaxşı əlaqələrimiz var. O, Suriyada minlərlə, yüz minlərlə insanların öldürülməsini istəmir” – deyə, amerikalı lider jurnalistlərə açıqlamasında deyib.

“Biz İdlib haqqında danışdıq, biz bir yerdə işləyirik və baxaq görək nə edə bilirik” – deyə, Tramp sonra qeyd edib.

“Türkiyənin İdliblə bağlı mövqeyi Soçi razılaşmasını həyata keçirməkdir. Hazırda Rusiya ilə aparılan müzakirələrdə Türkiyə tərəfini qane edən nəticə yoxdur. Türkiyə təklif olunan sənədi və xəritəni qəbul etməyib”.

Bu fikirləri isə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Dövlət rəsmisi bildirib ki, Suriya ərazisindəki Türkiyə hərbçilərinin müşahidə patrul məntəqələrinin yerlərinin dəyişdirilməsi müzakirə mövzusu deyil. Əgər türkiyəli hərbçilərə atəş açılsa, qarşı tərəf əvvəl olduğu kimi ən sərt şəkildə cavab alacaq.

Etikxeber.az

Read Previous

Məmmədyarov Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə-NƏDƏN DANIŞDI? – FOTOLAR

Read Next

125 saylı Dairənin 5 namizədi MSK-ya -ŞİKAYƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir